Universitet əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində
Tarix: 20.02.2017 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 19 dekabr 2014-cü il tarili Sərəncamına uyğun olaraq Naxçıvan Dövət Universitetinin müəllim və tələbələrinin muxtar respublikada fəaliyyət göstərən müxtəlif muzeylərə kütləvi ekskursiyaları davam edir. Rektor, AMEA-nın müxbi üzvü Saleh Məhərrəmov başda olmaqla universitet rəhbərliyi bu dəfə Naxçıvan Dövlət Tarix Muzeyində olub. Ekskursiya zamanı muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov ümummilli lider Heydər Əliyevin milli tariximizin təbliğindəki, Azərbaycanda muzey irsinin yenidən qurulmasındakı, geniş muzey şəbəkəsinin yaradılmasındakı əvəzsiz xidmətlərindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu istiqamətdə gördüyü ardıcıl tədbirlərdən danışıb. Qeyd olunub ki, 1924-cü ildə yaradılan Naxçıvan Dövlət Tarix Muzeyi 1968-ci ildə dövlət statusu alıb. Mütəmadi olaraq yeni eksponatlarla zənginləşən muzey xarici qonaqların da ziyarət məkanına çevrilib. Sonra muzeyin bələdçisi Tünzalə Dilanova ziyarətçiləri muzeylə tanış edib. Bildirilib ki, 49000-dən çox eksponatın mühafizə olunduğu muzeydə 3000 eksponat nümayiş olunur. Universitet əməkdaşları muzeyin ekspozisiyasında sərgilənən, arxeoloji qazıntılar zamanı muxtar respublika ərazisində aşkar olunan müxtəlif əmək alətləri, paleolit və neolit dövrünün əşyaları, mis və gümüş pullar, orta əsrlərin məşhur memarı Əcəmi Naxçıvaniyə məxsus möhtəşəm memarlıq abidələri ilə bağlı materiallar, dekorativ tətbiqi sənət növləri olan xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri ilə tanış olublar. Muzeydə nümayiş etdirilən maddi mədəniyyət, tətbiqi sənət nümunələri, qədim numizmatika materialları, həmçinin milli geyimlər, bədii tikmələr, qiymətli metallardan hazırlanmış zinət, məişət əşyaları, rəssamlıq əsərləri, Naxçıvan xanlığının, Naxçıvan Muxtar Respublikasının tarixini əks etdirən fotostendlər, ümummilli lider Heydər Əliyevə həsr olunmuş xüsusi güşə, müasir naxçıvanşünaslığın mühüm nailiyyətləri sayıla biləcək müxtəlif elmi-tədqiqat əsərləri ziyarətçilərdə böyük maraq doğurub.
Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradılıb
15.01.2019
Balaxanıda narkotacir saxlanılıb
15.01.2019
Hava şəraiti kəskin dəyişəcək: temperatur 10 dərəcə enəcək
15.01.2019
Bəzi küçələrdə avtobus dayancaqlarının yeri dəyişdirilib
14.01.2019
Məhkum olunmuş gənclərin peşə hazırlığı işlərinə yardım göstərilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


16.01 08:19 “Gənclərin sosial dünyası” layihəsinin təlimlərinə start verilib Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. AZƏRTAC Gənclər Fondunun saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi gənclərdə internet mediaya marağın artırılması və onlara sosial şəbəkələrdən düzgün istifadə qaydalarının aşılanmasıdır. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri T.Əlibəyli bildirib ki, asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclər faydalı səhifələrdən istifadə etməklə daha geniş dünyagörüşünə sahib olmaları üçün çalışacaqlar. Təlimin ilk günündə şəhərin müxtəlif təhsil müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimçi Rəşad Qurbanov gənclərə sosial şəbəkələrlə bağlı məlumat verib və onların suallarını cavablandırıb. Həmçinin sosial şəbəkələrin faydalı tərəfləri, xüsusən “Facebook”dan istifadə qaydaları haqqında iştirakçılara praktiki məlumatlar verib. Layihə çərçivəsində 3 təlim nəzərdə tutulub.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info