Bakının 62 faizi fasiləsiz içməli su ilə təmin olunub
Tarix: 11.04.2013 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


«Baku Expo Center»də Azərbaycanda ilk dəfə Xəzər regionunda su texnologiyaları sahəsində əldə edilmiş nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış tədbir - Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgisi (CATEF-2013) işə başlayıb. «Azərsu» ASC-nin təşəbbüsü və dəstəyi ilə təşkil olunan sərginin əsas təşkilatçısı «Iteca Caspian» şirkətidir.
Sərgidə ziyarətçilərin diqqətinə içməli su təchizatı, tullantı suların təmizlənməsi, yağış sularının kənarlaşdırılması sistemləri, mikrotunel inşası, içməli suyun analizi üçün ölçü cihazları və tənzimləyici texnologiyalar, pompalar, nasos sistemləri, içməli su mənbələrinin mühafizəsi, inşaat texnikası və avadanlıqları, qazma qurğuları, informasiya və kommunikasiya texnologiyaları, geotermik texnologiyalar, suyun duzsuzlaşdırılması, habelə su təchizatı və kanalizasiya sahəsində mövcud olan digər ən yeni texnologiyalar təqdim olunur. Aprelin 13-dək davam edəcək sərgidə 23 ölkədən 79 şirkət iştirak edir və onların yarıdan çoxu xaricidir.
«CATEF-2013» sərgisi ilə paralel olaraq Bakıda Xəzər Beynəlxalq Su Texnologiyaları forumu da keçiriləcək. Qeyd edək ki, «Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynov bildirib ki, su təchizatı və kanalizasiya infrastrukturunun qurulması üçün 2035-ci ilədək davam edəcək işlərə ilkin hesablamalara görə təqribən 8 mlrd. manat vəsaitin cəlb olunması nəzərdə tutulur. Onun sözlərinə görə, «Azərsu» bu işlərin həyata keçirilməsi üçün Master Plan hazırlayıb. Q.Hüseynov vurğulayıb ki, ilk növbədə əsas diqqət əhalinin içməli su ilə təminatına yönəldiləcək. Belə ki, indiyədək görülən işlər nəticəsində əgər ötən il Bakı şəhərinin 49%-i fasiləsiz içməli su ilə təmin olunurdusa, hazırda bu rəqəm 62%-ə çatıb. ASC prezidenti qeyd edib ki, əslində bütün əhalinin fasiləsiz su ilə təmin olunması üçün su kifayət qədərdir. Sadəcə SSRİ dövründə su qıtlığı olduğuna görə, əhalinin su təminatı sistemi də fasiləli rejimə uyğun yaradılıb. Hazırda isə kommunikasiya imkanlarının genişləndirilməsi üçün görülən işlər su təminatını yaxşılaşdırmağa imkan verəcək. ASC sədri bu yay Bakı əhalisinin su qıtlığı ilə üzləşməyəcəyini deyib. Onun sözlərinə görə, hazırda “Azərsu” ASC Bakı ətrafı qəsəbələrə böyük magistral su xəttinin çəkilişini həyata keçirir. Ceyranbatan su anbarından Pirallahı adasına qədər uzanacaq magistral xəttin ümumi uzunluğu 180 km təşkil edəcək. Artıq bu il həmin kəmərin Qala qəsəbəsinə qədər olan hissəsi başa çatacaq. Bu kəmər vasitəsilə Bakının 34-dən artıq qəsəbəsinə su veriləcək və ya su təchizatı ciddi sürətdə yaxşılaşdırılacaq.
NIGAR




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info