“Şahdəniz-2” üçün tikilən ikinci dayaq dənizdə quraşdırılacaq
Tarix: 21.02.2017 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


“Şahdəniz-2” üçün tikilən ikinci dayaq bloku bu ilin birinci yarısında dənizdə quraşdırılmaq üçün yola salınacaq. Bu barədə BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib. “Şahdəniz-2” üçün tikilən ikinci dayaq blokunun inşası artıq yekunlaşıb.
Hazırda blok üzrə bəzi sınaqlar keçirilir və son tamamlama işləri görülür. Ümumilikdə, “Şahdəniz-2” üçün tikilən iki platformanın bütün dayaq blokları və üst modullarının bu ilin sonuna kimi dənizdə quraşdırılması nəzərdə tutulur”, - deyə Tamam Bayatlı əlavə edib. Xatırladaq ki, “Şahdəniz-2” üçün tikilən iki platformadan - hasilat və dikborular platformasının dayaq bloku ötən il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev adına Bakı dərin özüllər zavodundan (BDÖZ) dənizdə quraşdırılmaq üçün yola salınmışdı. “BOS Shelf”, “Star Gulf” və “Saipem” konsorsiumu tərəfindən inşa edilən dayaq blokunun çəkisi 13 min 150 ton, hündürlüyü isə 105 metrdir. Dayaq bloku 12 hasilat dikborusundan, 3 ixrac dikborusundan və monoetilen qlikol (MEQ) üçün xüsusi ayrılmış bir idxal dikborusundan ibarətdir. Dayaq bloku dənizin 94 metr dərinliyində quraşdırılıb. Qeyd edək ki, ilk dəfə olaraq “Şahdəniz-2” platformalarının tikintisinin 100 faizi ölkə daxilində həyata keçirilir. Tikinti işləri beynəlxalq standartlara uyğun şəkildə tam modernləşdirilmiş dünya səviyyəli istehsalat obyektləri olan Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda və “Amec-Tekfen-Azfen” tikinti-quraşdırma sahəsində həyata keçirilib. “Şahdəniz-2”-yə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platformasının, iki yarımdalma qazma qurğusundan qazılan 26 sualtı quyunun, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası və Səngəçal terminalının genişləndirilməsi işləri daxildir. Layihə çərçivəsində ildə 6 milyard kubmetr qaz Türkiyəyə, qalan həcm, yəni ildə 10 milyard kubmetr Avropadakı alıcılara çatdırılacaq. Yataqdan gündəlik 120 min barelədək kondensat hasil edilməsi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info