KXDR səfiri Malayziya Xarici İşlər Nazirliyinə çağırılıb
Tarix: 21.02.2017 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Koreya Xalq Demokratik Respublikasının (KXDR) Malayziyadakı səfiri Kan Çhol rəsmi Kuala - Lumpurun ünvanına səsləndirilən tənqidi fikirlərlə bağlı Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Malayziya XİN-i məlumat yayıb.
KXDR-in səfiri mətbuat konfransında bəyan edib ki, Malayziya hökuməti 2017-ci il fevralın 13-də Şimali Koreya vətəndaşının qətli ilə bağlı “bəzi məqamları gizli saxlayır”. Səfir, həmçinin bildirib ki, Malayziya “xarici qüvvələrlə əlbir olaraq, onlara qulluq göstərib”. XİN-in yaydığı məlumatda qeyd olunur ki, KXDR-in səfiri Kan Çhol fevralın 18-də keçirdiyi mətbuat konfransında Malayziya hökumətinə qarşı səsləndirdiyi ittihamlara görə dəvət olunaraq, ondan izahat tələb edilib. “The Star” qəzetinin yazdığına görə, səfir XİN-ə gələrək burada rəsmi nümayəndələrlə görüşüb. Qəzet bildirir ki, ötən cümə günü səfir Kim Çen Namın cəsədinin yarılması ilə bağlı Malayziya hökumətindən və polisindən narazılığını ifadə edərək, Şimali Koreya liderinin qardaşının bu ölkəyə verilməsi məqsədilə müvafiq sənədlərin təqdim olunduğunu bildirib. Cəsədin təcili olaraq KXDR-ə verilməsini tələb edən səfir bununla bağlı Kuala - Lumpurun rədd cavabına etirazını bildirib. Kim Çen Nama qarşı sui-qəsd fevralın 13-də Malayziya aeroportunda təşkil edilib. Müstəntiqlərin qənaətinə görə, KXDR liderinin qardaşına qarşı sui-qəsd sonradan hadisə yerindən yayınan iki qadın tərəfindən həyata keçirilib. İstintaqın gedişi zamanı qətl hadisəsi ilə bağlı bir neçə nəfər saxlanılıb. Müxtəlif rəylərə görə, Kim Çen Namı xüsusi iynə, üzünə maye püskürtmə və ya isladılmış tampon vasitəsilə zəhərləyiblər. Mütəxəssislərin rəyinə əsaslanan Cənubi Koreya kütləvi informasiya vasitələri isə onun yüksək dərəcəli zəhərli maddə ilə hücuma məruz qaldığını yazıb.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info