Trampın İsveç haqqında dedikləri anlaşılmazlığa səbəb olub
Tarix: 21.02.2017 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


İsveçin Vaşinqtondakı səfirliyi ABŞ Dövlət Departamentindən Prezident Donald Trampın öz nitqində miqrantlarla bağlı məsələlərə toxunarkən nəyi nəzərdə tutmasına aydınlıq gətirməyi xahiş edib.
İsveç KİV-ləri bu barədə məlumatı krallığın Xarici İşlər Nazirliyinə istinadla yayıblar. Nazirliyin rəsmi nümayəndəsi Katarina Akselson bildirib ki, krallıqda ABŞ Prezidentinin nəyi nəzərdə tutmasını müəyyən etmək istəyirlər. Xatırladaq ki, ABŞ Prezidenti Floridada çıxışı zamanı “görün, Almaniyada nə baş verir, baxın, dünən axşam İsveçdə nə baş verib. İsveç! Kim buna inana bilərdi? İsveç xeyli sayda qaçqın və miqrant qəbul etdi və onlarda problemlər yarandı!” sözlərini deyib. Lakin İsveç Xarici İşlər Nazirliyinin sorğusuna cavab tez verilib. Ağ Evin nümayəndəsi jurnalistlərə müsahibəsində qeyd edib ki, Prezident Donald Tramp konkret hadisəni deyil, İsveçdə miqrantlarla bağlı ümumi vəziyyəti, ola bilsin ki, cinayətlərin artmasını nəzərdə tutub.




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
İsrail və HƏMAS atəşkəsə dair razılığa gəliblər
26.03.2019
Çin Fransadan 300 “Airbus” təyyarəsi alacaq
25.03.2019
Mozambikdə ölənlərin sayı artır
25.03.2019
Myanmada partlayış, 16 nәfәr hәlak olub
25.03.2019
Türkiyə və Rusiya vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə biləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info