Türkiyə ABŞ əsgərlərini Suriyada yerləşdirməyi təklif edir
Tarix: 21.02.2017 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Əl-Bab tam azad olunduqdan sonra ABŞ və koalisiya qüvvələri ilə birgə Rakka uğrunda əməliyyat həyata keçirilə bilər

Türkiyə Amerika əsgərlərini Suriya ərazisinə yerləşdirməyi təklif edib. Bu barədə məlumatı Pentaqona istinadən ABŞ mediası yayıb. Belə görünür ki, Ankara və Vaşinqton Suriyanın Əl-Bab bölgəsində birgə anklav yaratmaq niyyətindədir. Bu isə Dəməşq üçün ciddi risk daşıya bilər.
Ötən bazar günü Münhen Təhlükəsizlik Konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bu məsələni təsdiq edib. Çavuşoğlu Türkiyənin “Azad Suriya Ordusu” ilə birgə həyata keçirdikləri yerüstü hərbi əməliyyatların böyük effekt verdiyini etiraf edib. Türkiyəli nazir yaxın günlərdə Əl-Babın tam azad olunacağını bildirib. Onun sözlərinə görə, bundan sonra ABŞ və koalisiya qüvvələri ilə birgə Rakka uğrunda əməliyyat həyata keçirilə bilər. Çavuşoğlu Suriyada növbəti mərhələdə atəşin tam dayandırılmasının vacib olduğunu bəyan edib. M. Çavuşoğlu deyib ki, Türkiyə Rusiya, İran və digər ölkələrlə birlikdə bu istiqamətdə nəticələr əldə edib. O, Suriya böhranının tənzimlənməsi üçün birgə çalışmağın vacib olduğunu da vurğulayıb. Xatırladaq ki, bir müddət bundan əvvəl Suriyanın BMT-dəki səfiri Bəşər Cəfəri Türkiyədən öz qoşunlarını Suriyadan geri çəkməsini tələb etmişdi. Belə olan halda, Türk ordusuna amerikalı əsgərlərin də qoşulmasının Dəməşq tərəfindən sevinclə qarşılanacağı şübhə doğurur. Pentaqona istinad edən Amerika mətbuatı da yazır ki, ABŞ Suriyadakı hərbi varlığını genişləndirmək niyyətindədir. Hələ 2014-cü ildən bəri ABŞ ordusu Suriyadakı “İŞİD” mövqelərinə zərbələr endirir. Bundan əlavə, ABŞ-ın xüsusi təyinatlıları Suriya ərazisində müxalif qüvvələrə yardım edir. Amma rəsmi məlumatlara görə, ABŞ-ın xüsusi təyinatlıları Suriyada terror birləşmələrinə qarşı heç bir əməliyyat keçirmir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info