Ankarada Xocalı soyqırımı qurbanları anılıb
Tarix: 21.02.2017 | Saat: 15:20:00 | E-mail | Çapa göndər


Türkiyənin paytaxtı Ankarada fəaliyyət göstərən “Turançılar Toplumçu Düşüncə və Tədris Dərnəyində”, “Ötükən” jurnalının Ankara şöbəsinin də dəstəyi ilə Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş anım konfransı təşkil olunub. Bu haqda saytımıza tədbirin dəvətli məruzəçisi, tarixçi Ph.D Cavid Mövsümlü bildirib. Həyata keçirilən “Xocalı Soyqırımının” anma proqramında Ankarada təhsil alan türkiyəli və fərqli ölkələrdən olan tələbə və gənclər iştirak ediblər. Tədbirin məruzəçi qonağı olan azərbaycanlı tarixçi Cavid Mövsümlü Azərbaycan tarixi, Qarabağ münaqişəsi və Xocalı soyqırımı mövzularında qonaqlar üçün çıxış edib. O öz çıxışının sonunda türkiyəli soydaşlara azərbaycanlıların acısına şərik çıxdıqları üçün öz xalqı adına təşəkkür edib və bu yaxşılığı azərbaycanlıların heç bir zaman unutmayacağını söyləyib. O sözlərinə əlavə edərək bildirib ki, “Azərbaycanlıların bu soyqırımı dünyaya düzgün şəkildə çatdırmaqda məqsədləri, bu faciədən dünya ictimaiyyətinin dərs götürərək, insanlıqdan kənar belə cinayətlərin gələcəkdə təkrarlanmasının qarşısını almaqdır”. Öz növbəsində “Turançılar Toplumçu Düşüncə və Tədris Dərnəyi” sədri Rəcəb Əli Gündüz də tədbirin təşkilatçılığında əməyi keçən hər kəsə təşəkkür etdikdən sonra bildirib ki, “Xocalı Soyqırımının təkcə azərbaycana deyil, bütün Türk dünyasına qarşı törədilmiş bir cinaət olduğu qənaətindədir və elə buna görə də Türkiyənin Turançı görüşləri paylaşan toplum bu cinayətdə əli olanların cəzalandırılmasını, Azərbaycanın isə haqlı mövqeyini dəstəkləməsini istəyir”. Rəcəb Əli Gündüz daha sonra, “Xocalı Soyıqrımını” Türkiyə Cümhuriyyətinin də yaxınlarda rəsmi olaraq tanımasında inamlı addımlar atacağına ümid bəslədiyini bildirib. Tədbir sonunda qonaqları maraqlandıran suallara cavab verilib və xatirə şəkilləri çəkilib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info