“Azərbaycanda ilk dəfə olaraq uşaq və yeniyetmələr üçün “İslam ensiklopediyası” hazırlanacaq”
Tarix: 21.02.2017 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


“İslam Həmrəyliyi İli” ilə bağlı beynəlxalq və elmi-metodik konfransların, “dəyirmi masa”ların, silsilə tədbirlərin, müxtəlif bölgələrdə İslam həmrəyliyinə dair mühazirələrin təşkili, uşaq və yeniyetmələr üçün “İslam ensiklopediyası”nın hazırlanması və nəşri, Azərbaycandakı İslam abidələrinin fotosərgisinin təşkili Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin üzərinə düşən vəzifələrdəndir.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məlumat verib.
Mübariz Qurbanlı deyib ki, dünyada, xüsusən Qərbdə gündən-günə artan islamofobiya meyillərinin qarşısını almaq üçün İslam dinini olduğu kimi dünyaya çatdırmaq çox vacibdir. Şübhəsiz ki, bu sahədə Dövlət Komitəsi öz səlahiyyətləri çərçivəsində davamlı və ardıcıl işlər aparıb və cari ildə bu işlərin daha fərqli sferada, intensiv davam etdirilməsi bizim ən vacib məqsədimizdir.
Komitə sədri qeyd edib ki, İslam həmrəyliyi ənənələrinin inkişafı, möhkəmləndirilməsi üçün ən effektiv yol bu sahədə maarifləndirmə işinə daha çox yer ayırmaqdır. Bu baxımdan Dövlət Komitəsi maarifçiliyin keyfiyyətinə diqqəti daha da artıraraq demək olar ki, ölkənin bütün regionlarında dini icma nümayəndələri, dindarlar və ictimaiyyətlə silsilə konfranslar, müşavirələr, “dəyirmi masa”lar təşkil etməyi planlaşdırır. Bu tədbirlər, əsasən, fərqli din və məzhəb mənsubları arasında dözümlülüyün, dini icmaların fəaliyyətində həmrəyliyin gücləndirilməsi, ayrı-seçkilik hallarına yol verilməməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması məqsədini daşıyacaq.
Tədbirlər Planına əsasən, il ərzində “Heydər Əliyev və İslam həmrəyliyi”, “İslam həmrəyliyi elm və təhsildə: hədəflər və çağırışlar”, “Azərbaycan ədəbiyyatında İslam həmrəyliyi və tolerantlıq”, “İslam Həmrəyliyi İli-2017” və s. mövzularda konfrans, tədbir və “dəyirmi masa”ların keçirilməsi planlaşdırılır. Adıçəkilən tədbirlər Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Qafqaz Müsəlmanları İdarəsi, həmçinin digər dövlət qurumları ilə birgə həyata keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info