Pakistan Ermənistanın “referendum”la bağlı yalanını üzə çıxardı
Tarix: 21.02.2017 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


“Pakistan hökuməti Dağlıq Qarabağda keçirilən qondarma referenduma heç bir müşahidəçi göndərməyib”.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. XİN sözçüsü Ermənistan mətbuatında yayılan məlumatların doğru olmadığını bəyan edib: “Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyirik. Pakistanın mövqeyi ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının qaytarılması çərçivəsində həllini tapmalıdır. Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarılmalı, qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmalıdır”.
Pakistan XİN xatırladıb ki, İslamabad Ermənistanın Azərbaycana qarşı işğalçılığı üzrə İslam Əməkdaşlıq Təşkilatının təmas qrupunun üzvüdür.  
Qeyd edək ki, Ermənistan mediası Dağlıq Qarabağda keçirilən qondarma “referendum”da Pakistandan olan müşahidəçilərin da iştirakı etdiyi  barədə xəbər yayıb. 

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info