IDEA uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi keçirib
Tarix: 21.02.2017 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA-nın Resurs Mərkəzində bu ilin növbəti laboratoriya təlimi keçirilib.
İDEA-dan bildirilib ki, fevral laboratoriyası “təbiətə sevgi” mövzusuna həsr olunub. Mövzuya uyğun olaraq, təlim zamanı “kiçik ekoloqlar”a canlı və cansız təbiət, təbiətin mühafizəsinin əsas prinsipləri, ekosistem, heyvanların təsnifatı və onların nəslinin tükənmə səbəbləri və s. barədə məlumat verilib. Daha sonra uşaqlar Azərbaycanın Qırmızı Kitabı ilə tanış olmuş və ora daxil olan heyvanlar haqqında maraqlı faktlar öyrəniblər.
Təlimin gedişində “kiçik ekoloqlar” bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak edib, onların geniş marağına səbəb olan "təbiəti qoruyaq" adlı təcrübə əsnasında Azərbaycanın qoruqları və milli parkları haqqında məlumatlarla tanış olublar.
Fevral laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də kiçik yaşlardan təbiəti qorumağın yollarını daha yaxşı qavramaları baxımından əlamətdar olub.
Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim edib.
IDEA İctimai Birliyinin Bakı və Gəncə şəhərlərində yerləşən Resurs Mərkəzlərində hər ay təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA ilə (Bakı şəhəri üçün: 012 497-63-16; Gəncə şəhəri üçün: 022 264-01-48) əlaqə saxlamaq xahiş olunur.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info