Müsavat “El”ə “müharibə” elan etdi
Tarix: 11.04.2013 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


İkram İsrafil: “El” Müsavatın
yolunda maneədir”

Hələ “ziyalılar forumu” və onun ardınca da bu qurumda təmsil olunan Rüstəm İbrahimbəyov və Eldar Namazovun “El” adlı qurumu ortaya çıxandan, bu qurumların ənənəvi intriqant müxalifətçillik prinsipləri ilə fəaliyyət göstərəcəkləri və elə buna görə də ənənəvi müxalifət qurumu olan “ictimai palata” ilə rəqabətə girəcəyini yazmışdıq. “El”lə “ictimai palata”nın 7 aydır guya “milli şura” yaratmağa çalışdıqlarına baxmayaraq, hələ də belə bir birlik ərsəyə gəlmədi. Əksinə, tərəflər bir-birilərinə qarşı sətiraltı hücuma keçdilər. Amma son zamanlar isə tərəflər açıq-aşkar bir-birilərinə qarşı ittihamlar yağdırmaqdadır. Bu barədə olan açıqlamalar isə artıq “ictimai palata”, xüsusən də orada təmsil olunan Müsavatla “El” və “ziyalılar forumu” arasında bütün körpülərin yandırıldığını deməyə əsas verir.


Belə ki, Müsavat partiyası Məclisinin aprelin 6-da keçirilən toplantısında bəzi partiya funksionerləri yeni siyasi birliklər, eləcə də “El” hərəkatı barədə tənqidi fikirlər səsləndirmişdi. Bu fikirləri inkişaf etdirərək “El”i açıq ittiham edən Müsavatın Divan üzvü İkram İsrafil deyib ki, “El” təşkilatlanma adı altında Müsavatdan və onun yerlərdəki fəallarından istifadə etməyə çalışır: “Müsavatın yerli təşkilatlarında və rəhbərlikdə təmsil olunan bir neçə nəfərin “El”in regionlarda şöbələrinin təsis olunmasında iştirak etməsi ilə bağlı məlumatım var”.
O qəti bildirib ki, Müsavatın bazasında və ya onun bölgələrdəki üzvlərindən istifadə etməklə “El”in təşkilatlanması heç nəyi dəyişməyəcək: “Siyasi proseslərdə iştirak edən cəbhəçi, müsavatçı, ADP-çi, AMİP-çi və digərləri onsuzda siyasətdə var. Ancaq EL daha əvvəl indiyədək siyasətdə olmayan insanların prosesə cəlb olunmasına çalışacaqlarını deyirdi”.
Açıq görünür ki, “El” hərəkatı təşkilatlanma adı ilə müxalif partiyaların üzvlərindən yararlanmaq, digər müxalif partiyalara qarşı “elektorat” ovuna çıxmaqda imiş. Bu isə əsl köhnə və intriqant müxalifətçilikdir və E.Namazovun “politoloji” səviyyə və davranışının nümunəsidir. Bir daha aydın olur ki, bu şəxs cılız gedişlərlə özünü cəmiyyətə “politoloq” kimi sırımaq istəyirmiş... Burada bir məqamı da vurğulamaq yerinə düşər. Belə ki, hər hansı bir müxalif qurum yarananda bu cür qurumlar qətiyyən sosial sifariş nəticəsində formalaşmır. Bu isə onu göstərir ki, Azərbaycanda müxalif elektorat sabitdir və əhalinin çox cüzi hissəsini təşkil edir. Elə ona görə də hər cür “yeni” adlarla ortaya çıxan müxalif qurum əvvəlki qurumların elektoratına və üzvlərinə göz dikməyə məcbur olur. Bu isə müxalifətdaxili intriqaları daha da artırır.
Bu ərəfədə yeri düşdükcə əvvəlcədən “El”i ifşa edən Müsavat hazırda antimilli Rüstəm İbrahimbəyovun Azərbaycan xalqının milli mənafeyinə və heysiyyətinə zidd olaraq verdiyi son müsahibəsindən də gen-bol yararlanır. Bu barədə ötən saylarımızda da yazmışdıq və bildirmişdik ki, Müsavat burada məhz firqə maraqlarından çıxış edir, bu çıxış qətiyyən milli təəssübkeşlikdən irəli gəlmir. İ.İsrafil də “El”lə körpülərin yandırılması məqamında Rüstəm İbrahimbəyov məsələsindən istifadə edib: “Rüstəm İbrahimbəyovun son çıxış və bəyanatları müraciət etdikləri kəsimin də narazılığına səbəb olub. Jurnalistlər ona sual verdi ki, Azərbaycana qayıdacağınız təqdirdə həbs olunmağınız ehtimalı var, ölkəyə gələcəksinizmi? O isə cavabında demişdi, axmaq deyiləm ki, bilə-bilə gəlim və məni həbs etsinlər. Bu, çox ciddi fikirdir ki, insanlar haqlı olaraq bundan narazılıq edirlər”. Müsavat İbrahimbəyovun ölkəyə gəlməyəcəyini irəli çəkməklə əslində onun ideya müəllifi olduğu “milli şura”nın da alınmayacağını, iflasa uğradığını göstərməyə çalışır və bu arqumenti də Namazov-İbrahimbəyov cütlüyü ilə ziddiyyətlər kontekstinə əlavə edir. Bununla isə Müsavat onsuzda yaranmasında maraqlı olmadığı “milli şura”nın məhz həmin cütlüyün günahları və səriştəsizlikləri, cəsarətsizlikəri üzündən baş tutmadığını ortaya qoymağa çalışır...
Müsavat qeyd etdiyimiz kimi, burada mənəvi məqamdan da gen-bol istifadə edir: “Ərazisi işğal olunmuş bir xalqla erməni xalqını eyni müstəvidə görən İbrahimbəyova münasibət bir neçə ay əvvəlkindən daha fərqlidir”.
İ.İsrafil daha sonra açıq ifadə edib ki, “El” Müsavat Partiyasının və İsa Qəmbərin namizədliyinin əleyhinə addımlar atır.
Göründüyü kimi, artıq Müsavat rəsmən “El”ə qarşı savaş açıb. Onun bu fikirlərinə Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı da qoşulub: “Təsir qüvvəsi olmayan kiçik qurumların (oxu: “El”-İ.A.) Müsavat kimi böyük təşkilatlarla bir qurumda bərabərhüquqlu təmsilçiliyinə qarşıyam”.
Artıq tərəflər arasında müharibə elan edilib və atəşlər atılıb. Seçki yaxınlaşdıqca hər iki tərəf əllərində olan “arsenal”dan bir-birilərinə qarşı bol-bol yararlanmağa çalışacaqlar.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info