Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri keçirilə bilər
Tarix: 21.02.2017 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin mədəniyyət və idman naziri Arıstanbek Muxameduli ilə görüşüb. Görüşdə Azərbaycan və Qazaxıstan arasında yüksək səviyyəli əlaqələrdən danışılıb və mədəniyyət, turizm və idman sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sözügedən sahələrdə əməkdaşlığın ortaq köklərə mənsub xalqlarımızın daha da yaxınlaşmasına xidmət etməsi qeyd edilib və mədəni dəyərlərimiz qorunub saxlanılaraq gələcək nəsillərə ötürməsində misilsiz rol oynaması vurğulanıb. Bu baxımdan türk xalqlarının tarixi-mədəni miraslarının YUNESKO-nun qeyri-maddi Mədəni İrsi siyahısına salınması sahəsində türkdilli ölkələrin birgə səyləri nəticəsində əldə edilən uğurlara toxunulmuş və “Türksoy”, “Beynəlxalq Türk Akademiyası”, “Türk mədəniyyəti və irsi fondu” çərçivəsində əməkdaşlığın vacibliyi vurğulanıb. Almatı Universiadasının uğurlu təşkil edilməsi ilə bağlı Səfir qarşı tərəfi təbrik edib və Azərbaycan tərəfinin cari ildə Astanada keçiriləcək “Astana Expo-2017” sərgisində ən gözəl pavilyondan birini yaratmada iddialı olması barədə məlumat verib. Həmçinin, “Astana Expo-2017” sərgisi çərçivəsində ölkəmizin milli günündə çıxış etmək üçün Azərbaycan mədəniyyət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyətinin Astanaya səfər edəcəyi təqdirdə, fürsətdən istifadə edərək Astanada Azərbaycan mədəniyyəti gününün keçirilməsinin mümkünlüyü vurğulanıb və nazir bununla bağlı lazımi şəraitin yaradılacağını bildirib. Cari ildə ölkəmizdə keçiriləcək “Baku Formula 1” və “İslam Həmrəyliyi Oyunları” zamanı Qazaxıstan turistləri görməkdən Azərbaycan tərəfinin məmnun olacağı bildirilib. “Bakı Formula 1”, “İslam Həmrəyliyi oyunları” və “Astana Expo-2017” ilə bağlı yay aylarında ölkələrimizə çoxlu sayda turistlərin səfər edəcəyini nəzərə alaraq, turistlərə münasibətdə birgə turizm paketlərinin hazırlanacağı təqdirdə, onların ölkələrimizə daha böyük sayda axınına təkan verilə biləcəyi vurğulanıb. Bu istiqamətdə əməkdaşlığa maraq olacağı təqdirdə ilkin mərhələdə çinli, ərəb, iranlı turistlərə yönəlik müvafiq işlərin aparılması məqsədəuyğun hesab edilib. Birgə turizm paketinin hazırlanması istiqamətində hər iki ölkənin turizm şirkətlərinin təşviq edilməsi üçün müvafiq qurumların əməkdaşlığa başlaması təklif edilib. Sonra tərəflər arasında işğal altındakı ərazilərimizə qanunsuz turist səfərlərinin təşviq edilməsinin qarşısının alınması ətrafında söhbət aparılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Avstriya ilə memorandum imzalanıb
19.09.2018
Bakıda keçiriləcək yarmarkaya Qobustandan 2 ton bal çıxarılacaq
19.09.2018
Göyçayda sahibkarlar üçün treninq keçirilib
19.09.2018
Bakıda E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə master-klas keçiriləcək
19.09.2018
“Ümid”dəki ikinci platformadan yeni quyu 2020-ci ildə qazılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info