Rüstəm Məmmədov: “Gənclər partiyaların keçmişini bilmir”
Tarix: 11.04.2013 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Demokratik ölkələrdə vətəndaşlar müxalifət partiyalarına, yaxud iqtidar partiyalarına qoşulmaqda, öz sözlərini, fikirlərini deməkdə və iradlarını bildirməkdə azaddırlar. Bu vətəndaşların konstitusiya ilə təsbit olunmuş hüquqlarıdır və demokratik cəmiyyətin əsas göstəricilərindən biri hesab olunur.
Lakin bəzən özünü müxalifət adlandıran qüvvələr hökumətin onlara verdiyi imkanlardan sui-istifadə edir, olduqları ölkəni və xalqı xaosa sürükləmək, bu yolla hakimiyyətə gəlmək istəyirlər. Azərbaycanda da müxalifət sırasında ancaq iğtişaş törətməklə, sabitliyi pozmaqla, xarici qüvvələrin köməkliyi ilə hakimiyyətə gəlmək istəyən qüvvələr mövcuddur. Bunlar müxalifət düşərgəsində təmsil olunan AXCP və Müsavat kimi, ölkəmizə “ərəb baharı” arzulayan radikal partiyalardır. Onlar sivil müxalifət partiyaları kimi deyil, ancaq inqilab yolu ilə, insanları iğtişaşa, sonu görünməyən qaranlıq yola sürükləmək yolu ilə hakimiyyətə gəlmək arzusundadırlar. Radikal müxalifət partiyaları yalnız bununla kifayətlənmir, beynəlxalq aləmin diqqətini Azərbaycana cəlb etmək üçün bəzi gəncləri öz sıralarına çəkir, onlardan qanunsuz aksiyalarında istifadə etməklə ölkəmizdə demokratik mühitin olmadığı, vətəndaşların hüquq və azadlıqlarının pozulduğu təsəvvürünü formalaşdırmaq istəyirlər. Onlar bunu yalnız aksiyalarla deyil, həm də sosial şəbəkələrdə olan fəaliyyətləri ilə də həyata keçirmək istəyirlər. Xüsusən “Facebook” sosial şəbəkəsində müxtəlif qruplardan, səhifələrdən gənclərə çağırışlar edirlər. Bu çağırışların təsirinə düşüb radikal müxalifətin sırasına qoşulan gənclər və cəmiyyətin bir sıra üzvləri həmin partiyaların keçmişini, fəaliyyətlərini araşdırmadan kor-koranə onların sıralarına qoşulurlar. Bu isə gənclərin təhsildən yayınmasına, qanunsuz fəaliyyətlərinə görə cinayət məsuliyyətinə cəlb olunmasına, sonda isə həbs edilməsinə səbəb olur. Beləliklə, onlar ömürlərinin bir neçə ilini həbsdə keçirirlər. Həbsdən çıxanda isə cəmiyyətə yararsız insanlar olurlar. Lakin müxtəlif maarifləndirmə vasitələri ilə belə neqativ halların qarşısı alınmalıdır. “Xəzər” Gələcək Naminə Tərəfdaşlıq İctimai Birliyinin prezidenti, prof. Rüstəm Məmmədov problemdən çıxış yolu kimi Azərbaycanda olan gənclər təşkilatlarının mütəmadi olaraq gənclərlə görüşərək onlarla bu haqda danışmalı, söhbətlər aparmalı olduğunu qeyd etdi: “Mənə belə gəlir ki, ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları universitetlərdə müxtəlif tədbirlərdə nəyin düzgün, nəyin yanlış olması haqqında söhbət aparmalıdırlar, gənclərin fikirlərini dinləməlidirlər. Belə söhbətlər yalnız təşkilatlarla məhdudlaşmamalıdır. Eyni zamanda həm universitet, həm də orta məktəb müəllimləri tələbə və yuxarı sinif şagirdləri ardıcıl şəkildə belə maarifləndirici, tərbiyəvi əhəmiyyətli söhbətlər aparmalı, dövlətçilik maraqlarımızdan, həmin maraqların qorunmasının həyati əhəmiyyət daşıdığından danışmalıdırlar. Fikrimcə, bu ən effektiv yoldur. Sosial şəbəkələr məsələsinə gəldikdə isə yenə də burada gənclər təşkilatları, eyni zamanda sosial şəbəkələrdən istifadə edən gənclər aktiv olmalı, gəncləri və cəmiyyət nümayəndələrini qeyri-qanuni aksiyalara çağıran insanlara yerindəcə cavab verməlidirlər. Ancaq yenə də qeyd etdiyim kimi, ən səmərəli yol kimi maarifləndirici söhbətlərin daha vacib olduğunu hesab edirəm.”
YAP Gənclər Birliyinin Şura üzvü Daşqın Qənbərovun məsələyə münasibəti belə oldu: “Bədii formada sualınıza cavab verib demək istərdim ki, bazarda pis malı "təcrübəsiz" müştəriyə satmaq olar. Sözügedən radikal qruplara qoşulan gənclərin də, hesab edirəm ki, hüquqi, siyasi və tarixi savadları yetərincə olsaydı, bu qruplara qoşulmazdılar. Hesab edirəm, vaxt keçdikcə onlar damütaliə edib savadlarını artıracaq və onda başa düşəcəklər ki, səhv yoldadırlar. Təcrübədə belə hallar çox olub”.

Söhrab İSMAYILOV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info