Faruk Çelik: “Türkiyə Azərbaycana gömrük güzəştləri təqdim edəcək”
Tarix: 21.02.2017 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Türkiyə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların idxalçılarını gömrük rüsumlarının ödənişindən azad etməyə hazırdır.
Bu barədə Trend-ə Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik bildirib.
Onun sözlərinə görə, Türkiyənin şərq vilayətlərinin tələbatını təmin etmək üçün sərhədyanı ticarət çərçivəsində qonşu ölkələrdən bir sıra ərzaq məhsulları idxal oluna bilər: "Bununla belə, Türkiyə Ümumdünya Ticarət Təşkilarının qaydalarına uyğun fəaliyyət göstərməlidir".
F.Çelik qeyd edib ki, Türkiyə Nazirlər Kabineti ötən il "Sərhədyanı ticarətin nizamlanması haqqında" qərar qəbul edib. Bu qərara əsasən, Naxçıvandan ölkənin sərhədyanı vilayətlərinə idxal müəyyən edilmiş limit çərçivəsində həyata keçiriləcək: "Bu qərarla əlaqədar olaraq, Naxçıvandan idxal olunan mallara münasibətdə gömrük rüsumunun sıfır dərəcəsi tətbiq ediləcək. Naxçıvan Türkiyə ilə Azərbaycan arasında "birləşdirici halqa"dır. Naxçıvan coğrafi mövqeyinə görə strateji əhəmiyyət kəsb edir".
Qeyd edək ki, bundan əvvəl Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev Trend-ə Naxçıvan Muxtar Respublikasında istehsal olunan malların tədarükü zamanı gömrük güzəştləri əldə etmək üçün Türkiyə ilə danışıqlar aparıldığını bildiribdi.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info