XVI Avrasiya İqtisadi Zirvə Toplantısı başa çatıb
Tarix: 11.04.2013 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


İstanbulda keçirilən Avrasiya İqtisadi Zirvə Toplantısında Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində uğurları diqqət mərkəzində olub. Zirvə Toplantısında çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov təbii ehtiyatları ilə zəngin olan və regionun lider dövlətinə çevrilmiş Azərbaycanda neft və qaz gəlirlərindən asılılığın azaldılması üçün ardıcıl islahatların aparıldığını bildirib. Nazir vurğulayıb ki, torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu Azərbaycan regionda infrastruktur layihələrinin həyata keçirilməsini diqqət mərkəzində saxlayır. Lakin işğal siyasətinin davam etməsi bu sahədə tam əməkdaşlığa əngəllər törədir. Bununla belə, regionda internet və İKT sahəsində inkişafa nail olmaq üçün Azərbaycan hökumətinin təşəbbüsü ilə BMT tərəfindən Trans-Avrasiya super informasiya magistralı (TASİM) ilə bağlı 2 qətnamə qəbul olunub. Əli Abbasov əlavə edib ki, ölkəmiz dövlətlərin təhlükəsizliyi baxımından mühüm məsələ olan kibercinayətkarlıqla mübarizəyə də böyük diqqət yetirir, bu sahədə əməkdaşlığa hər zaman açıqdır. Qeyd edık ki, Zirvə Toplantısında dövlət və hökumət başçılarının “Qlobal dünyanın problemləri” mövzusunda iclası olub. Makedoniya Prezidenti Gyorge İvanov, Albaniya Prezidenti Buyar Nişani, Bolqarıstanın keçmiş prezidentləri Jelyu Jelev, Petar Stoyanov və digərləri iclasda çıxış ediblər. XVI Avrasiya İqtisadi Zirvə Toplantısı yekun bəyannamənin qəbul olunması ilə öz işini başa çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Estoniya rəqəmsal olaraq ən yüksək inkişaf etmiş ölkə sayılır
23.05.2019
Terrorçular “Zara“nı bombaladı
23.05.2019
Britaniya XİN Tereza Meyin istefası barədə məlumatı təkzib edib
23.05.2019
Böyük Britaniya və Hollandiyada Avropa Parlamenti seçkiləri üçün səsvermə başladı
23.05.2019
28 May – Respublika Günü Nyu Yorkda təntənəli konsertlə qeyd ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info