Kolumbiyada 7 min üsyançı silahını təhvil verir
Tarix: 21.02.2017 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


“Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” qruplaşmasının təxminən 7 min üzvü BMT-nin nəzarəti altında silahlarını təhvil vermək üçün ölkə ərazisində yaradılan xüsusi zonalara gəlib. Bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərxan Haq məlumat verib. TASS informasiya agentliyi xəbər verir ki, üsyançıların könüllü şəkildə silahlarını təhvil verməsini tarixi hadisə adlandıran missiyanın başçısı general Havyer Peres Akinonun sözlərinə görə, bu, “silahlı toqquşmaların mümkünlüyünü xeyli azaldır”. Xatırladaq ki, Kolumbiya hökuməti və “Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” 2016-cı il noyabrın 24-də yarım əsrlik silahlı qarşıdurmaya son qoyan sülh sazişi imzalayıblar. Noyabrın 30-da sənəd Konqres tərəfindən təsdiqlənib, dekabrın 1-də isə üsyançıların beynəlxalq monitorinq missiyasının nəzarəti altında silahlarını təhvil verməsini nəzərdə tutan razılaşmaya start verilib. Bundan sonra qruplaşma öz fəaliyyətini dayandıracaq və onun əsasında siyasi hərəkat qurulacaq.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info