İranın raket sınaqdan çıxarması təhdidlərə cavabdır
Tarix: 21.02.2017 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


“İranın elektron idarəetmə sisteminə malik olan raketini sınaqdan çıxarması təhdidlərə cavabdır”. Bu sözləri İran İslam İnqilabının Keşişçiləri Korpusunun quru qoşunlarının komandanı general-mayor Məhəmməd Pakpur deyib. General bildirib ki, “Müqəddəs Peyğəmbər” hərbi təlimlərinin başlanması və bu çərçivədə yeni növ raketin sınaqdan uğurla çıxması İranın təhdidlər qarşısında hazır olduğunu göstərir. Yerli mətbuat yazır ki, ABŞ-ın yeni Prezidentinin 2015-ci ildə İran ilə Qərb dövlətlərinin nüvə proqramının məhdudlaşdırılmasına dair əldə etdikləri razılaşmaya və bu istiqamətdə Birgə Fəaliyyət Planının mövcudluğuna baxmayaraq, İrana qarşı qeyri-obyektiv mövqe tutması münasibətlərin yenidən gərginləşməsinə səbəb olub. İran əldə olunan razılaşma üzrə bütün öhdəlikləri yerinə yetirib və Beynəlxalq Atom Enerjisi Təşkilatı bunu təsdiqləyib. Lakin ABŞ-ın yeni Prezidenti İran ilə anlaşmaya yenidən baxmaq lazım olduğunu bildirərək, bu razılaşmanı strateji yanlışlıq adlandırıb. Böyük Britaniya, Fransa, Almaniya və Avropa İttifaqı İran ilə əldə edilən razılaşma üzrə siyasətin davam etdirilməsinin vacibliyini vurğulasalar da, rəsmi Vaşinqton buna məhəl qoymur. Aydın məsələdir ki, Avropa ölkələri İran ilə iqtisadi əlaqələr qurmaqda maraqlıdırlar. İranın neft sənayesinin sərmayə yatırımına ehtiyacı var və Avropa şirkətləri artıq İranda da nəinki neft, eləcə də avtomobil, dağ-mədən və başqa sahələrə investisiya yatırmağa hazırdırlar. Belə bir məqamda ABŞ-ın razılaşmaya dair kəskin bəyanatları rəsmi Vaşinqtonla Avropa İttifaqı arasında da ziddiyyətlər yaradıb. Münxen Təhlükəsizlik Konfransında çıxış edən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa iş adamlarını İrana dəvət edərək onlara ölkənin iqtisadi sistemi ilə tanış olmağı tövsiyə edib. Avropanın iri şirkətlərinin rəhbərləri M.C.Zəriflə görüşdə İranla bağlı istəklərini bildiriblər. Bu, onu deməyə əsas verir ki, ABŞ-ın mövqeyinə baxmayaraq, Avropa İran ilə münasibətlərini xoş məcrada davam etməkdə qərarlıdır. Bəzi siyasi müşahidəçilər hesab edirlər ki, əgər Avropa İran ilə əlaqələrini inkişaf etdirsə, ABŞ-ın yeni Prezidenti Donald Tramp İrana qarşı münasibətini dəyişə bilər. Hələlik rəsmi Vaşinqton kəskin bəyanatlardan başqa konkret addım atmayıb. İran isə bu bəyanatlara yeni raket növünü sınaqdan çıxarmaqla cavab verib. Bu cavabı ilə İran əvvəla münasibətlərin kəskinləşməsinə və ən pis forma almasına hazır olduğunu bildirib. İkincisi, ABŞ-ın regiona müdaxiləsinin qarşısını olmaq iqtidarinda olduğunu nəzərə çatdırıb. Üçüncüsü, rəsmi Tehran konkret olaraq dünya ictimaiyyətinə demək istəyib ki, regionun aparıcı dövlətidir və İranın iştirakı olmadan burada cərəyan edən siyasi prosesləri tənzimləmək olmayacaq. Yəni, İranın maraqları istənilən halda nəzərə alınmalıdır. Göründüyü kimi, tərəflər arasındakı münasibətlər getdikcə gərginləşir. Gələcəkdə bu münasibətlərin necə inkişaf edəcəyini isə zaman göstərəcək.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info