“Azərbaycan-Belçika əlaqələri uğurla inkişaf edir”
Tarix: 22.02.2017 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


“Ötən 25 il ərzində Azərbaycan ilə Belçika arasında ikitərəfli əlaqələr müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir”.
Bu fikir Belçika Baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didiye Reyndersin Azərbaycan və Belçika arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar xalqımıza təbrik məktubunda yer alıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Baş nazirin müavini Azərbaycanın keçmiş sovet respublikaları içərisində Belçika ilə diplomatik münasibətlər quran ilk ölkə olduğunu qeyd edib. O, ötən 25 il ərzində həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin, parlamentlər səviyyəndə mütəmadi görüşlərin Azərbaycan və Belçika arasında siyasi əməkdaşlığın inkişafına töhfə verdiyini bildirib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Belçika xalqına təbrik məktubunda isə iki ölkə arasında sıx əməkdaşlıq əlaqələri və səmərəli siyasi dialoqun mövcudluğu vurğulanıb. Fevralın 6-da Belçika Krallığına yüksək səviyyəli səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kral Filip arasında keçirilmiş görüşün buna bariz nümunə olduğu diqqətə çatdırılıb. Elmar Məmmədyarov Azərbaycan və Belçika arasında iqtisadi əməkdaşlığın uğurla davam etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün mühüm potensialın mövcud olduğunu qeyd edib. O, həmçinin son illərdə Azərbaycanda Belçika mədəniyyətinin, Belçikada isə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə keçirilmiş çoxsaylı tədbirlərin xalqlarımızın daha da yaxınlaşmasına töhfə verdiyini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info