Belarus separatçı rejimlərin pasportunu tanımaqdan imtina etdi
Tarix: 22.02.2017 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Anton Bıçkovskiy: “Separatçı rejimin pasportları ilə Belarus dövlətinin ərazisinə daxil olmaq mümkün deyil”

Rusiya prezidenti Putin bir neçə gün əvvəl Ukrayna ərazisində yaradılan iki separatçı rejim- Luqansk və Donetsk respublikalarının pasportlarının tanınması haqqında fərman imzalayıb. Rusiya Kiyevin nəzarətində olmayan ərazilərdə yaradılan separatçıların təkcə pasportlarını deyil, doğum və nikah haqqında şəhadətnamələrini, sürücülük vəsiqələrini də tanıyacaq.
Belə bir fərmanın imzalanması Ukraynada yaranan mürəkkəb vəziyyəti bir qədər də çıxılmaz edib. Ekspertlər hesab edir ki, Qərblə danışıqlarda hansısa dəyişiklik baş verdiyi üçün Moskva bu addımı atıb. Amma bu dəyişikliyin nə olduğu, hələlik bəlli deyil. Maraqlıdır ki, Rusiyanın ən yaxın müttəfiqi olan Belarus əks adım atıb. Doğrudur, son vaxtlar Belarusla Rusiya arasında siyasi gərginliklər yaşanır və tərəflər bir-birini ittiham etməklə kifayətlənməyərək, konkret məhdudlaşdırıcı qərarlar qəbul edirlər. Gömrük İttifaqı, Avrasiya İqtisadi İttifaqında müttəfiq olan iki dövlətdən biri Rusiya Luqansk və Donetsk separatçı rejimlərinin pasportlarını tanıdığını rəsmi şəkildə elan etdiyi halda, Belarus əks mövqe ortaya qoyub. Belarus Dövlət Sərhəd Xidmətinin rəsmi nümayəndəsi Anton Bıçkovskiy “Belta”ya bildirib ki, separatçı rejimin pasportları ilə Belarus dövlətinin ərazisinə daxil olmaq mümkün deyil.

“Politicon”:
“Moskva Dnestryanı bölgəni, ancaq federal subyekt kimi Moldovaya “verə” bilər”



Onun sözlərinə görə, belə bir hadisənin olması mümkün deyil və ölkənin sərhədlərinin ancaq buna hüquq verən, beynəlxalq hüquq və ikitərəfli razlaşmalarla möhkəmlənən sənədlə keçmək olar: “Biz bu qanuna diqqətlə əməl edirik. Qeyd edilən sənədi olmayanları ölkəyə buraxa bilmərik. Əks halda, həmin şəxslər məsuliyyətə cəlb olunacaqlar”. Qeyd edək ki, 1995-ci ildən Rusiya ilə Belarus arasında sərhəd faktiki olaraq ləğv edilib. İki ölkənin vətəndaşları pasportlarından istifadə edərək rahat şəkildə bir-birilərinə səfər edirlər. Belarus pasportu olan vətəndaşlar Rusiyada bu ölkə vətəndaşının sahib olduğu bütün hüquqlardan istifadə edə bilir. Amma son vaxtlar iki dövlət arasında müəyyən narazılıq yaranıb. Buna görə də Rusiya bəzi sərhəd-keçid məntəqələrində yoxlamalar tətbiq etməyə başlayıb. Qazaxıstan dövlət başçısı vəziyyətə müdaxilə edib. Nazarbayevin Lukaşenko ilə telefon danışığı olub. İki dövlət başçısı Rusiya-Belarus münasibətlərində yaranan gərginliyi müzakirə edib. Nazarbayev həmkarını Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammitinə və Astanada keçiriləcək hərbi sərgiyə dəvət edib. Dünən Ermənistan mətbuatında Rusiyanı tənqid edən bir çox yazı dərc edilib. Həmin yazılarda Xankəndidəki qondarma rejimin pasportlarının Rusiya tərəfindən tanınmaması qınanıb.

Rusiya Dnestryanı sakinlərinin məktəbi bitirmək haqqında attestatlarını və ali məktəb diplomlarını tanımağı dayandırıb
Maraqlıdır ki, Kişinyovda da Moskvanın bu addımı diqqətlə izlənilir. Rəsmi Kişinyov hesab edir ki, Moskvan Dnestrayanı bölgədə olan separatçı rejimin pasportlarını tanımamaqla həmin ərazini Moldovanın tərkib hissəsi saydığını göstərir. “Politicon” araşdırma mərkəzinin rəhbəri Anatol Çaranu deyib ki, Moskva Dnestryanı bölgəni ancaq federal subyekt kimi Moldovaya “verə” bilər. Bununla da Moskva Tiraspolun köməyi ilə Kişinyova təsir imkanlarını saxlayacaq. “Nezavisimaya qazeta” yazır ki, Dnestryanı bölgədə əmindirlər ki, Rusiya onların pasportlarını tanımayacaq. Maraqlısı odur ki, Rusiya son vaxtlar Dnestryanı sakinlərinin məktəbi bitirmək haqqında attestatları və ali məktəb diplomlarını tanımağı dayandırıb. İndiyə qədər bu sənədlər tanınırdı. Ekspert Çaranu qeyd edib ki, Rusiya Moskvaya yaxınlığı ilə seçilən Dodonun prezidentliyi dönəmində Moldova ilə “Kozak planı” əsasında müqavilə bağlamağa ümid edir. 2003-cü ildə prezident Voronin tərəfindən rədd edilən həmin plana əsasən, Dnestryanı bölgə federativ əsasla Moldovanın tərkib hissəsi olacaq. Bunun üçün Dodonun başçılıq etdiyi partiyanın parlament çoxluğu əldə etməsi lazımdır. Moldova dövlət başçısı Dodonla Dnestryanı bölgənin rəhbəri Vadim Krasnoselskinin yanvar ayında görüşü aradakı buzların əriməyə başladığını göstərir. Bu planı reallaşdırmaq bir qədər çətin olacaq. Rusiyanın bölgə ilə sərhədi yoxdur. Region Ukrayna ilə sərhəddir və bölgənin yükləri Ukraynadan, ancaq Moldovada möhürlənən sənədlə keçə bilir. Maraqlıdır ki, Avropa Dnestryanı bölgəyə yeni əməkdaşlıq təklif edir. Almaniyanın Kişinyovdakı səfiri Ulrik Knoç Dnestryanı bölgə rəhbəri ilə görüşündə bildirib ki, Avropa İttifaqı bölgənin iqtsiadi təmsilçiləri üçün açıqdır. Bölgə rəhbəri Qərb dövlətlərinin səfirləri ilə aktiv görüşlər keçirir və bu yaxınlarda ABŞ-ın Moldovadakı səfiri Cemys Pettitlə də belə bir görüş olub. Rusiya Dnestryanı bölgədə yaşayanların pasportlarını tanımasa da, onlara asanlıqla Rusiya vətəndaşlığı verir. Bu gün regionda 213 min Rusiya vətəndaşı yaşayır. Bir müddət əvvəl Putin hökumətə Dnestryanı regionda yaşayanlara Rusiya vətəndaşlığı verilməsi qaydasının daha da sadələşdirilməsi ilə bağlı göstəriş verib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info