Ağ Ev rəsmiləri Brüssel və Bağdadda
Tarix: 22.02.2017 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Vitse prezident: “NATO ölkələri müdafiə büdcələrini artırmalıdır”

Brüsselə səfər edən Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Mayk Pens Avropa Birliyinin liderləri və NATO-nun baş katibi Yens Stoltenberqlə görüşlər keçirib. Eyni vaxtda Pentaqon rəhbəri Ceyms Mettis də İraqa səfər edib.
ABŞ-ın yüksəkvəzifəli məmurlarının səfərləri müxtəlif istiqamətdə olsa da, məqsəd eynidir: hər iki dövlət rəsmisinin başlıca məqsədi müttəfiqləri Vaşinqtonun öhdəliklərdən imtina etmək niyyətində olmadığına inandırmaqdır. Prezident Trampın Avropa İttifaqı və NATO ilə bağlı məlum bəyanatlarından sonra vitse-prezident Mayk Pensin Belçika paytaxtında Avropa Birliyinin lideri Donald Tusk, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federiko Moqerini və NATO baş katıbı ilə görüşünü yeni ABŞ administrasiyasının Avropa ilə anlaşma cəhdi kimi də dəyərləndirmək olar. Xatırladaq ki, Tramp hələ seçki kampaniyası zamanı NATO-nu “köhnəlmiş təşkilat” kimi dəyərləndirmişdi. Qeyd edilməlidir ki, Pensin Brüssel səfəri Avropa turunun ikinci dayanacağı olub. Bundan əvvəl Münxen konfransında iştirak edən Pens çıxışında Trampın adından qeyd edib ki, ABŞ NATO-ya dəstəyini və Ukrayna ilə bağlı Rusiyaya tətbiq edilən qadağaları davam etdirəcək. Amerikalı vitse-prezident deyib: “Biz dünyanın ayrı-ayrı qitələrində yaşasaq da, eyni ittifaqın üzvləriyik. Biz eyni prinsipləri bölüşür və ortaq bir məqsəd uğrunda mübarizə aparırıq. 2017-ci ilin sonunadək NATO-ya üzv ölkələr müdafiə xərclərini artırmalıdırlar. Şimali Atlantika Alyansına üzv olan ölkələr üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalmalıdırlar. 2017-cı ildə prezident Tramp bu məsələ ilə bağlı böyük irəliləyiş gözləyir”. Donald Tusk görüşdən sonra bildirib ki, yeni Vaşinqton administrasiyası Avropaya böyük ümidlər verir. Pentaqonun yaydığı açıqlamada bildirilir ki, İraqa səfər edən ABŞ-ın müdafiə naziri Ceyms Mettis İraq prezidenti Heydər əl-Abadi və baş nazir İrfan əl-Xəyali ilə görüşüb. Danışıqlarda Mosul şəhərinin “İŞİD” silahlılarından təmizlənməsi məqsədilə keçirilən əməliyyat və iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib: “Danışıqlarda əlaqələrin davam etdirilməsi istiqamətində razılıq əldə olunub. Tərəflər “İŞİD”-ə qarşı mübarizədə bütün səyləri birləşdirməyin zəruri olduğunu vurğulayıblar”. Qeyd edək ki, İraqın Mosul şəhəri 2014-cü il iyunun 10-da “İŞİD” silahlıları tərəfindən ələ keçirilib. Fevralın 18-də Mosul şəhərinin qərbinin “İŞİD” terrorçularından azad edilməsi əməliyyatı başlayıb. Mosulun qərb hissəsi üç aydır ki, İraq ordusunun mühasirəsindədir. Şərqi Mosul isə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib. Mosulun azad edilməsi əməliyyatı 17 oktyabr 2016-cı ildə başlayıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info