Amerikalı qubernator Xocalı qətliamını pisləyən bəyannamə imzalayıb
Tarix: 22.02.2017 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


ABŞ-ın İndiana ştatının qubernatoru Erik Holkomb (Eric Holcomb) xüsusi bəyannamə imzalayaraq 26 fevral tarixini İndianada “Xocalını Anma Günü” elan edib. 
 
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, bəyannamədə Xocalı qətliamı dəhşətli faciə kimi pislənilir.
 
Bu, İndiana qubernatoru tərəfindən indiyədək Xocalı qətliamına dair imzalanan ilk bəyannamədir. Sənəddə Xocalı qətliamı zamanı 600-dən çox mülki vətəndaşın, o cümlədən çox sayda uşaq, qadın və qocaların kütləvi şəkildə öldürüldüyü bildirilir. “Human Rights Watch” təşkilatının bu qətliamı regionda baş vermiş ən böyük kütləvi qırğın adlandırdığı vurğulanaraq qeyd olunur ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, xoş münasibət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.  
 
Qubernator Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün ABŞ və BMT də daxil olmaqla, bütün beynəlxalq ictimaiyyət tərəfindən tanındığını bildirir.         
 
Bəyanatın sonunda qubernator E. Holkomb İndianada və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hər il 26 fevral tarixində Xocalı qətliamının qurbanlarını andıqlarını vurğulayaraq, bu tarixi İndianada “Xocalını Anma Günü” elan etdiyini açıqlayıb və bütün İndiana sakinlərini bu günü anmağa çağırıb.
 
Qeyd edək ki, ABŞ-ın hazırkı vitse-prezidenti Mayk Pens (Mike Pence) indiki vəzifəyə seçilməzdən öncə, 2013-2016-cı illərdə İndiana ştatının qubernatoru vəzifəsini daşıyıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info