Almaniyanın “Otto Bokk” firmasının mütəxəssisi ölkəmizə gələcək
Tarix: 22.02.2017 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslər üçün protez-ortopedik məmulatların hazırlanması sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və tətbiqini diqqətdə saxlayır. Bu istiqamətdə növbəti tədbir kimi, nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin direktoru Asif Məcidovun rəhbərlik etdiyi nümayəndə heyəti müvafiq sahədə müasir nailiyyətləri ilə seçilən Almaniya Federativ Respublikasına ezam edilib.
Səfər zamanı nümayəndə heyəti Almaniyanın Duderstadt şəhərində yerləşən, protez-ortopedik məmulatların istehsalı sahəsində son texnologiyaların tətbiq edildiyi “Otto Bokk” firmasında olub. “Otto Bokk” əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların daha rahat hərəkət imkanlarına malik olması üçün funksional protez-ortopedik məmulatların (o cümlədən əzələdən ötürülən impulsla hərəkət etdirilə bilən MYO protezlərin) hazırlanması üzrə də dünyada tanınmış firmalardandır.
Müəssisənin rəsmiləri ilə keçirilən görüşlərdə Azərbaycanda əlilliyi olan şəxslərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə onların protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təmin edilməsi işləri barədə məlumat verilib. Bu sahədə istehsalın dünyada mövcud olan qabaqcıl standartlar səviyyəsində qurulmasına xüsusi önəm verildiyi vurğulanıb.
Görüşlərdə ötən dövrlərdə “Otto Bokk” firması ilə ölkəmizin əməkdaşlıq təcrübəsinin mövcud olduğu da qeyd edilib. Bu əməkdaşlığın davamı olaraq, protez-ortopedik məmulatların, habelə funksional protezlərin istehsalı sahəsində “Otto Bokk” təcrübəsinin Azərbaycanda tətbiqinin mümkünlüyü məsələsi müzakirə edilib. Firma ilə bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsi barədə yekdil fikir ifadə olunub. Həmçinin Protez-Ortopedik Bərpa Mərkəzində protez-ortopedik məmulatların istehsalında ən müasir texnologiyaların öyrənilməsi və tətbiqi ilə bağlı firma tərəfindən institusional səviyyədə dəstəyin göstərilməsi ilə bağlı razılıq əldə edilib. Bununla əlaqədar “Otto Bokk” firmasının mütəxəssisinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır
20.09.2019
Şirkət işçi axtarır
19.09.2019
“Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info