Nəcəfbəy Vəzirovun qeydləri olan kitab aşkarlanıb
Tarix: 22.02.2017 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Qafqazşünas alimlərin IV beynəlxalq konqresi ərəfəsində mənə qonşu Gürcüstana elmi ezamiyyət etmək imkanı nəsib oldu. Məlum olduğu kimi, XIX əsrdə rus hakimiyyəti dövründə Qafqazın inzibati mərkəzi statusunu almış Tiflis şəhəri tədricən regionun mədəniyyət mərkəzinə çevrilmişdi. Məhz burada ilk mədəni-maarif müəssisələri, o cümlədən Ümumqafqaz miqyasında kütləvi kitabxana açılmışdı. Hazırda həmin kitabxanada İlya Çavçavadze adına Gürcüstan Parlament Kitabxanası yerləşir. Burada Qafqaz regionu və ətraf ölkələrə aid arxiv materialları qorunub saxlanılır.
Kitabxanada elmi axtarışlar zamanı Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi Nəcəfbəy Vəzirovun (1854-1926) şəxsi kolleksiyasından bir kitaba rast gəldim. Kitabın vərəqlərində onun qeydləri ilə yanaşı, ərəb əlifbasında müxtəlif xətlərlə Azərbaycan ekslibrisləri var idi.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Rafiq Səfərov AZƏRTAC-a məxsusi müsahibəsində məlumat verib. O deyib: “Üzərində qeydlər aparılan kitab “Son otuz ildə, yəni Simeonovun patriarxlığından (1779) 1809-cu ilədək Ərməniyyədə baş verən unudulmaz hadisələrin təsviri” adlanır. 1811-ci ildə Peterburqda çap olunan həmin kitab Yeqor (Gevorq) Xubovun uydurmalarından ibarətdir. Kitabı ermənicədən rus dilinə Peterburqda erməni kilsəsinin arxidiakonu İosif İohannes çevirib və öz mətbəəsində nəşr edib.
Kitabın elə ilk səhifəsindən müəllif öz adına knyaz titulu qoşmaqla açıq-aşkar saxtakarlıq edir, çünki o, knyaz nəslindən olmayıb. Yeqor Xubov Rusiya ilə yaxınlaşmaq siyasəti yürüdən və Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq niyyəti güdən Eçmiədzin patriarxı Simeonun yaxın qohumu idi.
Ermənilərin Azərbaycan torpaqlarına iddiaları barədə kitab hələ İrəvan xanlığının Rusiya tərəfindən işğalından əvvəl Sankt-Peterburqda çap edilmişdi. Y.Xubov da sələfi kimi aşkar yalana əl ataraq tarixi saxtalaşdırıb, habelə faktları bilərəkdən təhrif edib, Azərbaycanın əzəli torpağı olan Çuxursəd vilayətini bütün vasitələrlə İrəvan şəhərinə qoşmağa cəhd edib”.
N.Vəzirovun qeydləri ilə bağlı məsələyə qayıdan R.Səfərov deyib ki, kitabda Həsənbəy Kərimbəyov adlı şəxsin də qeydlərinə rast gəlib. “Bütün qeydlər 1918-ci ilə qədər işlək olan rus əlifbası ilə yazılıb. XIX əsrin sonu – XX əsrin əvvəllərində H.Kərimbəyov Bakıda müəllimlik edib. İlk baxışdan məlum olur ki, H.Kərimbəyov kitabdakı qeydləri daha əvvəl aparıb. Ola bilsin ki, bu kitab əvvəlcə ona məxsus olub. Gəlin, kitabın N.Vəzirovun kitabxanasına necə düşdüyünə dair mülahizə yürüdək. Məlumdur ki, onun ulu babaları Zümürxaç kəndindəndir. Valideynləri də müxtəlif vaxtlarda Bərdə yaxınlığında yerləşən həmin kənddə yaşayıb. 1883-cü ildə maarifçilik yayılanda Yelizavetpol quberniyasının Cavanşir qəzasının Bərdə kəndində yeni tipli (üsuli-cədid) məktəbi açılıb. Gəncəli Müseyibbəy Kərimbəyov bu məktəbdə uzun müddət işləyib. Həmin vaxt Bərdə məktəbində Nəcəfbəy Vəzirovun yaxın qohumu, tanınmış maarifçi Haşımbəy Vəzirov da dərs deyib. 1896-cı ildə o, Şuşada yeni məktəbə direktor təyin edilib. Yeri gəlmişkən, o da Nəcəfbəy kimi əslən Şuşadan idi. Bizdə olan məlumata görə güman etmək olar ki, Həsənbəy və Müseyibbəy Kərimbəyovlar Nəcəfbəy və Haşımbəy Vəzirovlar kimi yaxın qohum ola bilərdilər. N.Vəzirovun və H.Kərimbəyovun həyat yolu isə Şuşa, Bakı və Gəncədə qovuşa bilərdi. Bu tapıntı belə bir faktı təsdiqləyir ki, Azərbaycan ziyalıları bu cür kitablar barədə məlumatlı idilər. Ermənilər tərəfindən uydurulmuş saxta tarix hakim dairələrin təzyiqi ilə məktəb dərsliklərinə salınır və ictimai şüura yoluxdurulurdu. Bu cür tarixi kitablara maraq müasir nəslə onu xatırladır ki, çar hakimiyyəti dövründə erməni nöqteyi-nəzərindən İrəvan və bütün İrəvan quberniyası barədə saxta tarix uydurulmasına baxmayaraq, azərbaycanlılar həmin əraziləri haqlı olaraq əzəli Azərbaycan torpaqları hesab edirdilər”, - deyə R.Səfərov vurğulayıb.
Xaricdəki kitabxana və muzeylər Azərbaycan xalqının tarixi və mədəniyyətinə dair hələ çox sirləri qoruyub saxlayır. Bütün bunlar öz tədqiqatçısını gözləyir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info