Xanlar Vəliyev: “Erməni işğalı nəticəsində dəymiş ziyan milyard yox, trilyon dollarla ölçülür”
Tarix: 22.02.2017 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


"Xocalı soyqırımına görə başlanılmış cinayət işi əvvəllər dağınıq halda istintaq olunub, bəzi maddi sübutlar yoxa çıxıb". Bunu Azərbaycanın hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib. O bildirib ki, əvvəllər istintaq düzgün istiqamətində aparılmayıb: "2005-ci ildən bu iş bizim icraatımızdadır. Bu məqsədlə xüsusi istintaq şöbəsi yaradılıb. İstintaq zamanı çox dəhşətli işgəncə faktları ortaya çıxıb”. Hərbi prokurorun sözlərinə görə, Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonları işğalı nəticəsində Azərbaycana dəymiş maddi ziyanla bağlı beynəlxalq ekspertlərin iştirakı ilə böyük qiymətləndirmə işləri aparılır: “Erməni işğalı nəticəsində Azərbaycana dəymiş ziyan artıq milyard yox, trilyon dollarla ölçülür”. X. Vəliyev qeyd edib ki, ermənilər Qazaxın Bağanıs-Ayrım kəndində iki dəfə soyqırımı törədiblər: “Mən Qazaxda işləmişəm. Qazax camaatı ermənilərin qarşısında çox dəyanətlə dayanıb. Ermənilərin bizə qarşı törətdikləri qırğınlar 1988-ci ilin sonlarından deyil, XX əsrin əvvəllərindən başlayıb. XX əsrin əvvəlində xalqımıza qarşı törədilən soyqırımı cinayətlərinin miqyası daha böyük olub. Çox təəssüf ki, bizim yaddaşımız çox zəifdir. Millət artıq bu gün torpaq vermək fikrində deyil. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, Gəncə şəhər prokurorluğunda işləyəndə ermənilər haqda bütün cinayət işlərini ancaq mən aparırdım”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info