“Dağlıq Qarabağ münaqişəsi erməni dairələrinin ərazi iddialarının son mərhələsi olub”
Tarix: 22.02.2017 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


"200 il ərzində regionda həyata keçirilən siyasət Azərbaycana qarşı olub. Tarixi torpaqlarında yaşayan azərbaycanlılar qovulub, o torpaqlarda başqa xalqın nümayəndələri yerləşdirilib, dövlət yaradılıb". Bunu "Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar" mövzusunda keçirilən beynəlxalq konfransda Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. N. Məmmədov bildirib ki, Ermənistanda tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı 1988-ci ildən sonra qovulub, Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində yüz minlərlə insan məcburi köçkün düşüb: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində törədilən əməllər Dağlıq Qarabağda yaşayan ermənilərin rifahı üçün deyildi, bu ərazilərə sahib olmaq niyyətindən qaynaqlanıb. Dağlıq Qarabağ münaqişəsi erməni dairələrinin ərazi iddialarının son mərhələsi olub, onlar hətta Xocalıda soyqırımı törətməkdən belə çəkinməyiblər. Bu əməllər 20-ci əsrin ruhuna ziddir, ancaq biz bunları yaşamışıq".
Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, münaqişə ümumən regionun inkişafına da böyük ziyan vurub: "1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, məhrumiyyətlər yaşayıb. Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində mühüm addımlar atıb. Ancaq bu itki və ağrılar beynəlxalq ictimaiyyətə çatdırılmalıdır, beynəlxalq birliyin bunu bilməsi çox vacibdir".
N. Məmmədov qeyd edib ki, işğal olunmuş ərazilərdə çox münbit torpaqlar var və bu torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalında mühüm yer tuta bilərdi: "Bu gün Azərbaycan torpaqlarının 25 faizindən istifadə etmək mümkün deyil. Otlaq ərazilərinin 70 faizi işğal olunmuş torpaqlardadır. 900-dən artıq yaşayış məntəqəsi dağıdılıb, qəbiristanlıqlar belə qalmayıb. Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində vurulan bu zərəri bütövlükdə qiymətləndirmək mümkün deyil. Niyə beynəlxalq təşkilatlar 1 milyondan çox insanın fundamental hüquqlarının pozulmasından danışmırlar? 2015-ci ildə Azərbaycanı Assosiasiya sazişi imzalamağa dəvət edən Avropa İttifaqı sənəddə Azərbaycanın ərazi bütövlüyünü tanımırdı. Ayrı-ayrı dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin işğalçıya qarşı sanksiya tətbiq etmək barədə heç kim düşünmür. Avropa İttifaqı  və böyük dövlətlər əsasən öz iqtisadi maraqlarını güdür".

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paytaxtın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq
22.01.2019
Gələcəkdə “BakıKart”ların balansının onlayn artırılması mümkün olacaq
22.01.2019
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info