“Azərbaycan MDB məkanında İKT sahəsində ən inkişaf etmiş ölkədir”
Tarix: 12.04.2013 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Dünya İqtisadi Forumu (DİF) informasiya texnologiyalarının inkişafı haqqında hesabatın (Global Information Technology report 2013) yeni redaksiyasını dərc etdirib. DİF-in saytında yerləşdirilmiş hesabatda dünyanın 144 ölkəsi üzrə şəbəkə hazırlığı indeksi (NRİ) əksini tapıb.
Azərbaycan beş bənd üzrə ötən ildəki göstəriciləri yaxşılaşdıraraq reytinqdə 4,11 balla 56-cı yeri tutub. Bundan başqa, DİF-in mütəxəssisləri “Azərbaycan: sürətlə dəyişən dünyada böyük ambisiyalar” başlığı altında ölkəmizə xüsusi bölmə həsr ediblər. Burada respublikanın İKT-nin inkişafı istiqamətində səyləri və bu sahədə maksimal fayda əldə etməsi qeyd olunur.
Ekspertlər bildirirlər ki, Azərbaycan İKT sektorunun inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycan Qazaxıstan (43-cü yer) və Rusiya (54-cü yer) ilə yanaşı, MDB məkanında İKT sahəsində ən inkişaf etmiş ölkə kimi göstərilib. DİF-in ekspertləri Azərbaycanda informasiya texnologiyalarının inkişafının güclü tərəfləri kimi hökumət üçün bu sahənin prioritetliyini, innovasiyalara hazırlığı, əhalinin savadlılığını, İKT xidmətlərinin yetərli olmasını qeyd edirlər. Reytinqdə birinci yeri Finlandiya tutub. İkinci yerdə yenə də Sinqapur qərarlaşıb, İsveç isə üçüncü yerdədir. İlk onluğa Niderland, Norveç, İsveçrə, Böyük Britaniya, Danimarka, ABŞ və Çin daxil olub. Hesabat həm də ölkələrin ümumi inkişaf tempini və rəqabət qabiliyyətlilik potensialını əks etdirir.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsi MDB-də ən yaxşı YDM seçilib
26.09.2018
“Karyerada ilk addım”: 254 vakant iş yeri təqdim edilib
26.09.2018
“Gazprom Neft”in nümayəndələri SOCAR-ın təlim mərkəzləri ilə tanış olub
26.09.2018
Ölkəyə daxil olan nəqliyyat vasitələrinin ölkədəqalma müddətinin ləğvi nəzərdə tutulub
26.09.2018
Bu il Türkiyə Azərbaycandan 3,8 milyard kubmetrədək təbii qaz idxal edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info