Naxçıvanda fənn olimpiadasının qalibləri mükafatlandırılıb
Tarix: 22.02.2017 | Saat: 17:56:00 | E-mail | Çapa göndər



Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində fənn olimpiadaları qaliblərinin mükafatlandırılma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov hər bir xalqın milli intibahını təmin edən ən zəruri vasitənin təhsil olduğunu bildirib. Nazir qeyd edib ki, ona görə də ölkəmizin bütün regionlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı prioritet istiqamət təşkil edir. İlbəil təhsil müəssisələri üçün yeni binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması, ümumtəhsil məktəblərinin ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərib. Hər il olduğu kimi, ötən il də muxtar respublikada məktəb binalarının tikintisi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi təhsildə uğurlarla nəticələnib. Belə ki, 2016-cı ildə Naxçıvan Dövlət Texniki Kolleci, Ordubad Texniki Peşə və Sürücülük Məktəbi, eyni zamanda, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey və 4 min 498 şagird yerlik 13 ümumtəhsil məktəbi olmaqla, ümumilikdə, 17 təhsil müəssisəsi üçün binalar tikilib və ya əsaslı şəkildə yenidən qurularaq şagird və müəllimlərin istifadəsinə verilib.
Məmməd Qəribov diqqətə çatdırıb ki, bu il Naxçıvan şəhərində 3 və 13 nömrəli, Şərur rayonunda Çəmənli, Şahbuz rayonunda Kolanı kənd tam orta məktəbləri binalarının istifadəyə verilməsi, Şərur şəhər 2 nömrəli tam orta məktəb üçün binanın tikintisinin davam etdirilməsi də bu qayğının bariz nümunəsidir. Təhsilə göstərilən qayğının nəticəsidir ki, 2015-2016-cı dərs ilində tam orta məktəbi bitirən məzunlardan 14-ü qızıl, 13-ü isə gümüş medallara layiq görülüb. Medallara layiq görülən məzunlar onlara göstərilən etimadı doğruldaraq qəbul imtahanlarında uğurlu nəticə əldə ediblər. Belə ki, onların 12-si 600-650, 15-i isə 650-700 arası bal toplayıb. Ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak edən məzunlardan 1538-i, yəni sənəd verənlərin 62 faizi tələbə adını qazanıb. Ali məktəblərə qəbul olan məzunların 338-i imtahanlarda daha yüksək nəticə göstərərək 500-700 arası bal toplayıb.
Diqqətə çatdırılıb ki, muxtar respublikamızda təhsilə göstərilən qayğı gənclərin ilbəil daha böyük uğurlara imza atmasına şərait yaradır. Elə ötən il muxtar respublika məktəblilərinin fənn olimpiadasında qazanılan nailiyyətlər də bundan xəbər verir.
Təhsil naziri vurğulayıb ki, bu olimpiada muxtar respublikada ilk dəfədir keçirilib. Fizika, kimya, biologiya, riyaziyyat, Azərbaycan dili və xarici dil fənləri üzrə keçirilən olimpiadada VII-XI sinif şagirdləri iştirak ediblər.
Fənn olimpiadasının dekabrın 11-də keçirilən rayon (şəhər) mərhələsində 1018 nəfər iştirak edib. Bu mərhələdə qalib olmuş 211 şagird cari il fevral ayının 11-də Naxçıvan şəhərində keçirilən final mərhələsinə qatılıb. Həmin mərhələdə 106 şagird qalib gəlib. Onlardan 32-si I yer, 34-ü II yer, 40-ı isə III yerləri tutub.
Sonda qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info