Münaqişənin ədalətli həlli üçün Azərbaycan bütün beynəlxalq platformalardan istifadə edəcək
Tarix: 22.02.2017 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


"Dünya birliyi hələ də beynəlxalq fundamental hüquq və prinsiplərin pozulması halları ilə üzləşir".
 
Bunu Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov deyib.
 
Azərbaycan ərazilərinin işğalını xatırladan diplomat qeyd edib ki, beynəlxalq ictimaiyyət zor tətbiq edərək sərhədlərin dəyişdirilməsini qəbul etmir və etməyəcək: “Ermənistanın zorakı fəaliyyəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilib, 1 milyondan çox şəxs qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, mədəni abidələr dağıdılıb. Münaqişə ilə bağlı Azərbaycan beynəlxalq və ikitərəfli formatda işlər görür. Ermənistanın təcavüz siyasətini pisləyən və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çağıran bir sıra qərar və qətnamələr qəbul edilib. Münaqişənin ədalətli həlli məqsədi ilə Azərbaycan bütün beynəlxalq platformalardan istifadə edəcək". 
 
Səfir bildirib ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür: "Ölkəmiz BMT-nin bərabərhüquqluluq, daxili işlərə qarışmamaq, ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq, ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsiplərini öz siyasətində rəhbər tutur”.  
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info