Cocuq Mərcanlıda 23 ildən sonra ilk dəfə Novruz tonqalı
Tarix: 22.02.2017 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Fevralın 21-də ölkəmizdə Novruz bayramının əsas atributlarından olan çərşənbələrin ilki - Su çərşənbəsi qeyd edilib. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində isə 23 ildən sonra ilk dəfə Novruz tonqalı alovlanıb.
Cəbrayıl rayonunun digər kəndləri kimi, Cocuq Mərcanlı kəndində də son Novruz tonqalı 1993-cü ildə qalanıb. 1994-cü ildə Cocuq Mərcanlı işğaldan azad edilsə də, yaxınlıqdakı yüksəkliklər erməni silahlılarının nəzarəti altında olduğundan kənddə Novruz tonqalları qalamaq mümkün deyildi. Ötən ilin aprelində Azərbaycan Ordusunun ermənilərin təxribatına layiqli cavab verərək, uğurlu əks-hücum əməliyyatı ilə Lələtəpə yüksəkliyini işğaldan azad etməsi Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də möhkəmləndirdi.
Kənddə yaşayan yeganə ailə - Həziyevlər ailəsi üçün builki bayram ikiqat sevinclidir. Çünki 23 ildən sonra ilk dəfə olaraq təhlükəsiz şəraitdə, Azərbaycan Ordusuna güvənərək, Novruz tonqalı qalayıblar.
Ailənin başçısı Oqtay Həziyev AZƏRTAC-ın müxbirinə çərşənbə sevincini belə ifadə edib: “Bizim üçün ən sevincli gündür. Əvvəllər yaxınlıqdakı yüksəkliklər düşmənin nəzarəti altında olduğu üçün Novruz tonqalı yandıra bilmirdik. Bu istək 23 ildir ki, ürəyimizdə qalmışdı. Axı biz adət-ənənələrimizə bağlı xalqıq. Bu çərşənbədə ən böyük diləyimiz isə bütün köçkünlərin yurd-yuvalarına dönməsi və Novruz tonqallarını öz həyətlərində qalamasıdır”.
Bu gün Cocuq Mərcanlıda hələlik bir tonqal qalanıb. Prezident İlham Əliyevin Sərəncamı ilə kənddəki evlər bərpa olunduqdan, məcburi köçünlər öz doğma yurdlarına qayıtdıqdan sonra burada qalanan tonqalların sayı da artacaq. O gün isə elə də uzaqda deyil.





 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info