Qadınların ictimai həyatda iştirakı gücləndirilməlidir
Tarix: 12.04.2013 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı/GİZ hökümətlərarası razılaşmaya əsasən 2010-cu ildən Azərbaycanda Yerli Özünüidarəetməyə Dəstək Proqramını həyata keçirir. Proqram çərçivəsində yerli özünüidarəetmə sahəsində bələdiyyələr və dövlət qurumları ilə yaxından əməkdaşlıq qurulub və Azərbaycanın müxtəlif bölgələrində sosial və iqtisadi sahələrdə bır sıra layihələr həyata keçirilib.
Növbəti dövlət tərəfindən dəstəklənən uzunmüddətli DAYAQ adlı layihəyə 1 avqust 2012-ci il tarixdən start verilib. Layihə Azərbaycan bələdiyyə şuralarının qadın üzvləri üçün nəzərdə tutulub. Layihənin icrası Mentorluq Proqramı əsasında həyata keçirilir. Layihə çərçivəsində yeni mərhələdə 6 aprel 2013-cü il tarixdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti/GİZ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində Abşeron rayonun Masazır qəsəbəsində Mentorluq Proqramının Dayaq layihəsi üzrə İctimai Məlumatlandırma adlı yeni tədbir həyata keçirdi. Qeyd edək ki, Mentorluq proqramın əsas iki məqsədi var:
qadınların yerli ictimai həyatında iştirakını gücləndirmək və Azərbaycanda yerli səviyyədə daha çox gender yönlü idarəetməni təmin etmək. Mentorluq Proqramı 4 mərhələyə əsaslanır: üz-üzə mentorluq əlaqələrin yaradılması, təlimlərin keçirilməsi, gender yönlü layihələrin dəstəklənməsi, mentor-stajor şəbəkəsinin yaradılması. Abşeron rayonun Masazır Bələdiyyəsinin sədri Əliyev Siyənfər bildirdi ki, ölkədə gedən islahatlar çərçivəsində bütün bölgələrdə olduğu kimi, Abşeron rayonunda da quruculuq və abadlıq işləri aparılır və bu proseslərdə Masazır Bələdiyyəsi də bir sıra layihələr və proqramlar həyata keçirir. O Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilən Dayaq layihəsini dəstəkləyərək, bələdiyyələrdə təmsil olunan qadınların aktiv və təşəbbüskar olmağını arzuladı. Azərbaycan Diplomatik Akademiya Fondunun prezidenti Natiq Haciyev təlim iştirakçılarına layihələrin icrasında ünsiyyət bacarıqları və ictimai məlumatlandırma mövzusunda geniş təlim- kursu təqdim etdi. Tədbirin sonunda Bakının Qaradağ, Abşeron rayonu, Sumqayıt şəhəri və Tərtər rayonunun bələdiyyələrini təmsil edən 11 nəfər layihə üzrə stajor olan qadınlarla kiçik qrantlar üzrə müqavilələr bağlandı. Potensial bələdiyyə üzv qadınlar təmsil olunduğu bələdiyyələrin ərazisində gender bərabərliyi və qadın hüquqları üzrə maarifləndirmə tədbirləri həyata keçirəcəklər.

NIGAR




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info