Neftçalada 64 mindən çox sakin pulsuz müayinədən keçiriləcək
Tarix: 22.02.2017 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən əhalinin kütləvi pulsuz tibbi müayinəsi Neftçalada uğurla aparılır.
AZƏRTAC xəbər verir ki, rayon mərkəzi xəstəxanasinin cərrahiyyə, poliklinika, fizioterapiya şöbələrində və laboratoriyada insanların müayinəsi üçün bütün imkanlar yaradılıb. Aksiya çərçivəsində müxtəlif ixtisaslardan ibarət üç peşəkar həkim briqadası yaradılıb və rentgen, ultrasəs, laborator və digər müayinələr aparılır.
Humanitar aksiya rayon üzrə 64 mindən çox əhalini əhatə edir. Kənd, qəsəbə və kollektivlərdə aktivliyi təmin etmək üçün kütləvi izahat, təbliğat-təşviqat işləri aparılır. Rayon icra hakimiyyətində yaradılan qərargah müayinələrin gedişinə ciddi nəzarət edir. Fiziki imkanları məhdud, ahıl insanların müayinəsi də diqqət mərkəzində saxlanılır. Üç səyyar həkim briqadası bu kateqoriyadan olan sakinlərin müayinəsini evlərdə həyata keçirir.
Aksiyanın yüksək səviyyədə keçirilməsi üçün rayon mərkəzi xəstəxanası ilə yanaşı, bir kənd xəstəxanası,15 həkim məntəqəsi, 100-dən çox həkim və orta tibb işçisi kampaniyaya cəlb olunub.
Qrafikə uyğun olaraq, ilkin mərhələdə şəhər sakinləri, idarə, müəssisə və təşkilatda işləyənlər tibbi müayinələrə cəlb olunub. Artıq 5 kollektivdə müayinələr başa çatdırılıb. Müayinədən keçirilmiş 3500 nəfərdən 123-ü ambulator, 6-sı stasionar müalicəyə cəlb edilib. 7 nəfər isə daha ətraflı müayinə və müalicə üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Hazırda rayonun 52 yaşayış məntəqəsində aksiyanın mütəşəkkil keçirilməsi üçün operativ tədbirlər və təşkilati işlər görülür. Yaxın günlərdə kənd və qəsəbə sakinlərinin də kütləvi tibbi müayinəsinə başlanılacaq.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info