“Gənclərin maraqlarına uyğun layihələr həyata keçirilməlidir”
Tarix: 12.04.2013 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Taryel Faziloğlu: “Gənclərdə dövlətçilik şüurunun
inkişaf etdirilməsi əhatəli proqramların həyata keçirilməsini tələb edir”


Gənclərimizin hərtərəfli inkişafını təmin etmək, onları dövlətə, cəmiyyətə, xalqa yararlı bir vətəndaş kimi yetişdirmək dövlətimizin gənclər siyasətinin prioritet istiqamətlərindəndir. Bu gün içində yaşadığımız informasiya cəmiyyəti də bunu tələb edir. Elmi-texniki tərəqqinin sürətlənməsi nəticəsində formalaşan informasiya cəmiyyətində artıq informasiya bolluğu yaranıb. Verilən informasiyaların bir çoxu məlumat, digərləri təxribat xarakteri daşıyır. Təxribat xarakterli informasiyalar həmin informasiyanın arxasında dayanan çirkin məqsədi görə bilməyən gəncləri özünə cəlb edir, çünki belə informasiyalar daha çox “bəzədilmiş” formada cəmiyyətə təqdim olunur. Cəmiyyəti, xüsusən də cəmiyyətin aparıcı qüvvəsi olan gəncləri belə neqativ hallardan qorumaq zərurəti dövlətdən gənclər siyasətinə daha çox vaxt ayırmağa, sözügedən istiqamətdə çevik addımlar atmağı tələb edir. Dövlətimiz tərəfindən gənclərlə bağlı qəbul edilən proqramlar da bu məqsədə xidmət edir. Qəbul edilən proqramların həyata keçirilməsində QHT-lərin üzərinə çox böyük rol düşür. Bu istiqamətdə daha nə kimi addımlar atmaq olar? Gəncləri neqativ hallardan necə qorumaq olar. Müsahibimiz “Milli Düşüncə İnstitutu” İctimai Birliyinin sədri Taryel Faziloğlu mövzu ilə bağlı suallarımızı cavablandırdı.
- Hazırda gənclərimizin inkişafı ilə bağlı yeni dövlət proqramları həyata keçirilir. Buna misal kimi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramını göstərə bilərik. Siz bu proqramların əhəmiyyətini necə qiymətləndirirsiz? Sizcə proqramlarda qarşıya qoyulan məqsədlərə çatmaq mümkün olacaqmı?
- Bu gün dünyada gedən proseslər açıq aşkar göstərir ki, gənclərlə çox ciddi şəkildə iş aparılmalıdır. Bu sahədə tam əhatəli proqramlar həyata keçirilməlidir. Bu proqram da bu baxımdan mənim üçün əhəmiyyətlidir. Gənclər siyasəti çox ciddi diqqət və qayğı tələb edən, incə siyasi gedişlər tələb edən siyasətdir. Çünki istənilən dövlətin əsas hərəkətverici qüvvəsi gənclərdir və hər bir bizi öz təsirinə salmaq istəyən xarici qüvvələr məhz gənclərə təsir edərək istəklərinə çatmağa çalışırlar. Ona görə də gənclər siyasəti ciddi diqqət tələb edir. Əgər bu proqram birtərəfli aparılmazsa, gənclərin müəyyən hissəsinə iqtidari dəstəklədiyinə görə daha artıq diqqət ayırıb, müxalif düşüncəli gənclər uzaq tutulmayacaqsa proqram qarşısına qoyduğu məqsədə çatar. Unutmamaq lazımdır ki, müxalif düşüncəli gənclərlə daha çox və daha diqqətli işləmək və onların dövlətlə ayrı düşməsinin qarşısını almaq lazımdır. Çünki o gənclər dövlətdən ayrı düşən kimi onlara sahib çıxacaq qüvvələr sonra onlardan dövlətə qarşı bir vasitə kimi istifadə edir. Buna görə də bu son proqramda dediyim bu nüanslara diqqət edilərsə qarşıya qoyduğu məqsədə çatacağına inanıram.
- Gənclərdə dövlətçilik şüurunu inkişaf etdirmək, onların hərtərəfli inkişafını təmin etmək üçün daha hansı işlər görülməlidir? Sizin təklifləriniz nədir?
- Gənclərdə dövlətçilik şüurunun inkişaf etdirilməsi çox ciddi və tam əhatəli proqramların həyata keçirilməsini tələb edir. Bu məktəbəqədər təhsil müəssisələrindən başlamalı, ali təhsil müəssisələrinədək davam etməlidir. Bundan başqa inzibati ərazi bölgülərinə müvafiq olaraq klublar və dərnəklər şəklində bu proqramlar həyata keçirilməlidir. Burda əsasən diqqət edilməli olan sahələr dövlətçilik tariximizin daha çox qürurverici dövrlərini önə çıxarmaqla təbliği, Azərbaycan xalqının mental dəyərləri və əxlaqi dəyərlərinin təbliği, Azərbaycan ailə institutunun, ailə modellərinin təbliği, KİV-də gənclərə yönəlik maarifləndirici milli ağırlıqlı layihələrin həyata keçirilməsidir. Bundan başqa internetə filtrin qoyulması və Azərbaycan xalqının əxlaqına zidd görüntülərin və informasiyaların ölkəyə daxil olunmasının qarşısı alınmalıdır. Təhsildə dövlətə və dövlətçiliyimizə rəğbət hissinin aşılanması, xüsusi diqqətin artırılması və bu proqramların daimi olması əsas şərtdir.
- Burada QHT-lərin üzərinə hansı vəzifələr düşür. Rəhbərlik etdiyiniz ictimai birlik gənclərlə bağlı hansı layihələr həyata keçirir və gələcəkdə gənclərlə bağlı daha nə kimi layihələri həyata keçirməyi planlaşdırır?
- Burada QHT-lərin üzərinə həddindən artıq çox iş düşür. Çünki dövlət gənclər siyasətini bir təhsil müəssisələri, bir də QHT-lərlə həyata keçirir. Bu da onu göstərir ki, QHT-lər bu sahədə həddindən artıq aktiv olmalı, gənclərlə çox sıx ünsiyyətdə olmalıdırlar. Sırf gənclərlə işləyən QHT-lər bu sahədə daha çox çalışmalı, gənclərin istəklərini daim öyrənməli, onlara uyğun layihələrlə çıxıs etməlidir. Məsələn, gənclərin tarix bilgilərini artıracaq layihələr hazırlamaq və həyata keçirmək olar, gənclər bu layihədə həm əylənsinlər, həm də dövlətin tarixi ilə yaxından tanış olsunlar. “Milli Düsüncə İnstitutu” olaraq biz gənclərlə bağlı bir neçə konfranslar təşkil etmişik. Onların təhsil, asudə vaxt və psixoloji problemləri ilə bağlı suallarını cavablandıracaq və bu problemlərin həlli yollarını müzakirə edəcək konfransları bura aid etmək olar. Bundan əlavə biz gənclərlə bağlı proqramlar və konsepsiyalar hazırlamaq və dövlətə təqdim etmək üzərində işləyirik. Bildiyiniz kimi, bizim qurum daha çox araşdırma və ortaya çıxan nəticələrin proqramlaşdırılması ilə məşğul olur. Ona gorə də kütləvi tədbirlərə az yer veririk. Amma istənilən gənclərlə işləmək istəyən QHT-lərə öz dəstəyimizin də əsirgəmirik.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info