Yaşar Əliyev: “Xocalıda baş verənlər münaqişənin 30 illik tarixi ərzində ən iri kütləvi qətliamdır”
Tarix: 22.02.2017 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Fevralın 21-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının (BMT) iqamətgahında BMT Təhlükəsizlik Şurasının Avropada münaqişələrə dair açıq müzakirələr formatında iclası keçirilib.
İclasda BMT-nin baş katibi Antoniu Quterriş, ATƏT-in baş katibi Lamberto Zanyer, Avropa Xarici Siyasət Xidmətinin baş katibi Helqa Şmıdt, BMT Təhlükəsizlik Şurasının üzvləri, başqa dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etməsi və onun nəticələri, habelə BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair dörd qətnaməsinin siyasi və hüquqi əhəmiyyəti barədə iştirakçılara məlumat verib.
Azərbaycan səfiri Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı törətdikləri soyqırımının 25-ci ildönümü ilə əlaqədar deyib: “1992-ci ilin fevralında Xocalıda baş verənlər münaqişənin bütün 30 illik tarixi ərzində ən kütləvi qətliam olub. Xocalının şiddətli top atəşinə tutulması, daha sonra hücuma məruz qalması və işğal edilməsi nəticəsində yüzlərlə azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar, qocalar qətlə yetirilib, yaralanıb və ya girov götürülüb, şəhərin özü yer üzündən silinib. Bu dəhşətli cinayət BMT Təhlükəsizlik Şurası özünün sədrinin məktubunda Ermənistanı təşkilata üzv qəbul etməyi BMT Baş Məclisinə tövsiyə edəndən və bununla əlaqədar, “münaqişələrin sülh yolu ilə nizamlanması və zor tətbiq edilməməsi prinsiplərini özündə ehtiva edən Nizamnamənin məqsəd və prinsiplərinə Ermənistanın sadiq qalacağı barədə onun təntənəli öhdəliyini” xatırladandan bir aydan da az müddət sonra törədilib.
Y.Əliyev bildirib ki Ermənistan beynəlxalq hüquqa nifrətini sistemli şəkildə nümayiş etdirməsinə baxmayaraq, cəzasız qalacağını hiss etməsəydi, Azərbaycan ərazilərinin hərbi işğalının davam etməsi mümkün olmazdı. Bu, Ermənistanın sülh prosesini davamlı pozmasında, nəticəyə istiqamətlənmiş danışıqlara başlamaqdan imtina etməsində, münaqişə zonasında daim vəziyyətin eskalasiyasına yönəlmiş provokasiyalar törətməsində, işğal edilmiş ərazilərdə hərbi iştirakını möhkəmləndirmək və bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişdirmək yolu indiki status-kvonu qüvvətləndirmək cəhdlərində təzahür edir.
Azərbaycanın daimi nümayəndəsi diqqəti Ermənistan tərəfinin növbəti provokasiyasına – Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda “konstitusiya referendumu” deyilən qanunsuz referendumun keçirilməsinə və müvəffəqiyyətsizliyə uğrayan bu aksiyanın beynəlxalq birlik tərəfindən pislənməsinə cəlb edib.
Diplomat vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olması cəbhə xəttində toqquşma və insidentlərin əsas mənbəyi, münaqişənin siyasi yolla nizamlanması yolunda başlıca maneədir. Ermənistan tərəfinin təhriki ilə 2016-cı ilin aprelində baş vermiş hərbi eskalasiya status-kvonun dayanıqsız olduğunu nümayiş etdirir.
Y.Əliyev bəyan edib ki, Azərbaycan təcavüz nəticəsində kobud şəkildə pozulmuş ərazi bütövlüyünə, vətəndaşlarının hüquq və azadlıqlarına ziyan vuran güzəştlərə heç vaxt getməyəcək.
O vurğulayıb ki, yalnız Ermənistan tərəfindən qanunsuz zor işlədilməsinin nəticələri aradan qaldırılacağı, onun silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması təmin ediləcəyi, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacağı və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdacaqları təqdirdə, sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq mümkündür. Bu şərtlərin yerinə yetirilməsi beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının tələbidir və heç bir yarımtədbirlə əvəzlənə, kompromis şəklində təqdim edilə, yaxud danışıqlar prosesində alver vasitəsi ola bilməz.
Venesuela (Qoşulmama Hərəkatının üzvü olan 120 dövlət adından) və Özbəkistanın (İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 57 ölkə adından) BMT yanında daimi nümayəndələri, Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın – GUAM-ın baş katibi, habelə bir sıra nümayəndə heyətlərinin daimi təmsilçiləri iclasda çıxış edərək, Azərbaycanı dəstəkləyiblər və onun mövqeyi ilə həmrəy olduqlarını bildiriblər. Onlar münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri, habelə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipi əsasında nizamlanmasının vacibliyini bəyan ediblər.
Bu fonda Ermənistan nümayəndəsinin standart saxta ittihamlarla dolu çıxışı, münaqişənin mahiyyətini təhrif etmək və ölkəsini günahsız qurban göstərmək cəhdlərinin cəfəngliyi bu ölkənin təcrid olunduğunu, reallıqdan uzaq düşdüyünü və artıq çoxdan heç kəs tərəfindən ciddi qəbul edilməyən arqumentlərinin perspektivsizliyini növbəti dəfə nümayiş etdirdi.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info