Nadir rast gəlinən irsi-genetik xəstəlik açıqlanıb
Tarix: 22.02.2017 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Azərbaycanda uşaqlar arasında nadir rast gəlinən irsi-genetik xəstəliklərdən biri birincili immundefisit zamanı adenozindezaminaza ( ADA) çatmazlığıdır. APA-nın xəbərinə görə, Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının müdiri Aslan Həsənov bildirib ki, ADA defisiti – autosom-ressesiv tipli xəstəlik olub, limfositlərdə toksiki purinlərin, xüsusilə də dezoksiadenozinin toplanması nəticəsində əmələ gəlir: “Bu da öz növbəsində həm hüceyrə, həm də humoral immunitetin pozulmasına səbəb olan ağır müştərək immundefisitlə nəticələnir. Xəstəliyin klinikası onun hansı yaşda təzahür etməsindən asılıdır”.
A.Həsənov bildirib ki, uşağın 2-3 aylığında təkrari respirator infeksiyalar, diareya, inkişafın ləngiməsi, qalça sümüklərinin apofizi və fəqərə cisimlərinin sümük-qığırdaq birləşmələrini əhatə edən çoxsaylı defektlərin olması (xondrodisplaziya) müşahidə edilir. Rentgenoloji olaraq bu dəyişikliklər “sümükdə sümük” fenomeni kimi görünür. Həkim əlavə edib ki, xəstəliyin gec təzahürü zamanı 2-15 yaşlı uşaqda təkrari pnevmoniya, sepsis, autoimmun mənşəli xəstəliklər ( şəkərli diabet, tireoidit, hemolitik anemiya, idiopatik trombositepeniya) inkişaf edir. Onun sözlərinə görə, xəstəliyin müalicəsində donordan sümük iliyi transplantasiyası, gen terapiyası, fermentəvəzliyi terapiya həyata keçirilir: “Pasientin sümük iliyinin iki nüsxəsi götürülür – biri strimvelis düzəltmək üçün və digəri isə hər ehtimala qarşı ehtiyat nüsxə kimi saxlanılır. Əgər strimvelisin verilməsi mümkün olmazsa və ya o işləmirsə, bu halda ehtiyat nüsxədən istifadə edilir. Preparat hazırlamaq üçün hansı xəstənin sümük iliyi nüsxəsi götürülübsə, strimvelis ancaq o xəstənin müalicəsi üçün istifadə edilə bilər”.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info