YAP GB-nin üzvləri Xocalı qurbanlarını anıblar
Tarix: 22.02.2017 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


Fevralın 22-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsinin anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatlarının, partiyanın üzvü olan fəal gənclərin, incəsənət və ictimaiyyət nümayəndələrinin qatıldıqları tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP GB-nin sədri Seymur Orucov çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, XX əsrin əvvəllərindən başlayaraq, ermənilər tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə siyasəti, azərbaycanlıların erməni silahlı dəstələri tərəfindən qətliamlara məruz qalması, şəhərlərimizin, kəndlərimizin, dini, tarixi və mədəni abidələrimizin dağıdılması və yandırılması, bu təcavüzün hələ də davam etməsi barədə məlumat verib. O, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş, dünyada misli görünməmiş vəhşilik və qəddarlığın Xatın, Xirosima, Holokost və digər faciələrlə bir sırada dayandığını vurğulayıb.
Sonra faciə ilə bağlı film nümayiş etdirilib.
Digər çıxış edənlər də Xocalı faciəsini bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayət adlandırıblar. Natiqlər insanlığa qarşı cinayət törədənlərin cəzasız qalmayacaqlarına əminliklərini bildiriblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb
12.09.2019
“Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info