«Qarabağda yaşayan ermənilər Sərkisyan hökumətinin siyasətindən bezib»
Tarix: 12.04.2013 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Qarabağda referendum keçirilərsə, ermənilər yoxsul, insana qiymət verilməyən, vətəndaşına min cür zülm edən Ermənistanı yox, vətəndaşı üçün sosial rifahı təmin edən Azərbaycanı seçər
Ermənistanda keçirilən saxta seçkilərdən sonra ikinci müddətə prezidentlik fəaliyyətinə başlayan Serj Sərkisyanı çətin günlər gözləyir. Hələ qondarma seçkilərin nəticələri göstərir ki, təxminən 500 minə yaxın seçici onun əleyhinə səs verib. Bu elektorat hüquqları pozulan, dolanışığından narazı qalan seçicilərdir.

O seçicilər ki, kasıbçılıqdan artıq necə yaşayacaqlarını bilmirlər. Köçəryan-Sərkisyan cütlüyünün həyata keçirdiyi siyasət nəticəsində ağır sosial şərtlər altında yaşamağa məcbur olan ermənilər kütləvi şəkildə ölkədən qaçırlar. Ən paradoksal hal odur ki, Sərkisyan və onun başçılıq etdiyi cinayətkar dəstə başını götürüb ölkədən qaçanların adından istifadə edərək seçkilərin nəticələrini saxtalaşdırırlar. Saxta yolla «seçildiyini» yaxşı bilən Sərkisyan xalqın qəzəbindən qorxduğu üçün andiçmə mərasimi keçirilməzdən əvvəl Rusiyaya üz tutaraq Kremldən yardım istədi. Moskvanın istənilən əmrini dinməz-söyləməz qəbul etməyə hazır olduğunu növbəti dəfə nümayiş etdirən Sərkisyana hakimiyyəti üçün təminat lazımdır. Bu amil onu göstərir ki, Sərkisyan üçün Ermənistan dövlətinin, erməni xalqının maraqları heç bir əhəmiyyət kəsb etmir. Onu ancaq ailəsinin və komandasına daxil olan bəzi oliqarxların var-dövlətini qoruması və daha da artırması maraqlandırır. Ötən seçkilərdən sonra təkrarlanan hadisələr bu dəfə də baş verir. Belə ki, 2008-ci ildə keçirilən qanlı seçkilərdən sonra prezident kreslosuna əyləşən Sərkisyan müxalifətə qarşı həbs kampaniyasına başlamışdı. Ermənistan mətbuatında yayılan xəbərlərdə qeyd edilir ki, Sərkisyanın birinci prezident dönəminin ilk ilində Ermənistandan miqrasiya edən insanların sayında ciddi artım qeydə alınmışdı. Sərkisyanın həyata keçirdiyi siyasət hər il təxminən 80-100 min insanın, əsasən də gəncin Ermənistandan qaçmasına səbəb olur. Belə davam edərsə, yaxın illərdə Ermənistanda əsgəri xidmətə çağırmağa gənc, ordunu komplektləşdirməyə əsgər tapılmayacaq. Amma Ermənistan bunu da özünə dərd etmir. Çünki siyasi-iqtisadi idarəçiliyi de-fakto Rusiyaya təhvil verən ölkə üçün sərhədlərini rus qoşunlarına təslim etmək utancverici bir hal deyil. Sərkisyan və Köçəryan Ermənistanda onlara nifrət edildiyini yaxşı bilirlər. Elə bu səbəbdəndir ki, nəzarətlərində olan mətbuat orqanlarında onların Dağlıq Qarabağ erməniləri tərəfindən dəstəklənməsi ilə bağlı informasiyalar vaxtaşırı dövriyyəyə buraxılır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulan Köçəryan-Sərkisyan cütlüyü erməni cəmiyyətində Qarabağ-İrəvan erməniləri ziddiyyətinin daha da şiddətlənməsində xüsusi rol oynayıblar. Azərbaycanın işğal altında olan torpaqlarında qanunsuz şəkildə hərbi xidmət keçən Ermənistan vətəndaşlarına qarşı Qarabağ erməniləri tərəfindən həyata keçirilən cinayət faktları yetərincədir. Yəni, əvvəlcə Köçəryan, indi isə Sərkisyan müntəzəm şəkildə Qarabağ kartını ortaya atmaqla lazımi dəstəyə malik olduqlarını ifadə edirlər. Amma onların həyata keçirdiyi siyasətdən Ermənistan erməniləri və de-yure Azərbaycan vətəndaşları olan Qarabağ erməniləri də əziyyət çəkirlər. Azərbaycanın işğal altında olan ərazilərində yaşayan ermənilər ağır sosial-iqtisadi durumdadırlar. Müharibə vaxtı dağılmış infrastruktur bərpa edilmədiyindən yaşamaq üçün minimum şərait yoxdur. Onsuz da Ermənistanın özündə insanlar dolanışıq baxımından çox əziyyət çəkirlər. Hökumətin verdiyi maaş və pensiyalar minimum yaşayışı təmin etməyə belə, çatmır. Belə olan halda Qarabağda yaşayan ermənilərin xoş güzəran haqqında düşünmələri absurd olar. Ona görə də Sərkisyanın çox güvəndiyi Qarabağ erməniləri də artıq ona qarşı çıxmağa başlayıblar. «Lragir» xəbər verir ki, Qarabağda yaşayan Vaan Badasyan Ermənistan müxalifətinin İrəvanın Azadlıq meydanında keçirdiyi mitinqə qatılıb. Döyüş komandiri olmuş Badasyan çıxışında Qarabağ ermənilərinin adından müxalifətə dəstək ifadə edib. O, Qarabağda yaşayan ermənilərin Sərkisyan hökumətinin həyata keçirdiyi siyasətdən bezdiyini dilə gətirib. Elə bundan sonra komandir-sahibkara qarşı kampaniya başlayıb. «Lragir» yazır ki, ona qarşı bir çox ictimai təşkilatdan etiraz bəyanatları yayılıb, vergi orqanları onun çörək sexini yoxlamağa başlayıblar. Məlumatda qeyd edilir ki, Badasyan xaricdən xüsusi taxıl toxumu alaraq onu yetişdirir, əldə etdiyi buğdanın unundan çörək istehsal edir. Hərbi xidmətdən ayrıldıqdan sonra bu fəaliyyətlə məşğul olan Badasyan Qarabağ ərazisindəki hərbi hissələri çörəklə təmin edir. Amma onun Sərkisyanın əleyhinə çıxması biznes fəaliyyətinə zərbə ola bilər. Məsələ ondadır ki, indiyə qədər onunla yaxınlıq edən ordu generalları artıq əməkdaşlığı dayandırmağa məcbur olduqlarını bildiriblər. 25 nəfərin çalışdığı çörək sexi bağlanmaq təhlükəsi ilə üzləşib. Hərbi hissə ilə yanvar ayında birillik müqavilə imzalamasına baxmayaraq, ordu rəhbərliyi müqavilənin ləğv ediləcəyi xəbərdarlığını edib. Bu fakt Sərkisyan hökumətinin xalqa olan düşmənçiliyini ifadə etməklə yanaşı, Qarabağ ermənilərinin artıq onları dəstəkləmədiyini göstərir. İllərdir müharibə şəraitində, aldanmış, iqtisadi cəhətdən ağır vəziyyətdə olan Qarabağ erməniləri bu yaşayışdan beziblər. Digər tərəfdən Qarabağda yaşayan ermənilər televiziyalarımızı izləmək imkanına malikdirlər. Azərbaycan dilini yaxşı bilən Qarabağ erməniləri ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin uğurlarından, əhalinin sosial vəziyyətinin yaxşılaşmasından, maaşların, pensiyaların ildən-ilə artmasından, Bakının müasir Avropa şəhərinə çevrilməsindən, bir sözlə, Azərbaycanın inkişafından xəbərdardırlar. Belə olan halda Qarabağ ermənilərinin Sərkisyana dəstək verməməsi təbii qarşılanmalıdır. Ona görə də Qarabağ erməniləri bu gün referendum keçirilərsə, yoxsul, insana qiymət verilməyən, vətəndaşına min cür zülm yaşadan Ermənistanı yox, vətəndaşı üçün sosial rifahı təmin edən Azərbaycanı seçər. O gün də uzaqda deyil.

Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info