ADPU-da “Twinning” layihəsi çərçivəsində növbəti seminar keçirilib
Tarix: 22.02.2017 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Twinning” layihəsi çərçivəsində özünütəhlil hesabatı barədə növbəti seminar keçirilib. Seminarda Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin əməkdaşları, layihə üzrə Finlandiyadan və Estoniyada gəlmiş ali təhsil ekspertləri iştirak ediblər. Seminarda ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev və struktur bölmələrin rəhbərləri iştirak ediblər.
Seminarda ekspertlər layihə çərçivəsində universitetdə aparacaqları növbəti işin planını təqdim ediblər. Plana əsasən 11-13 apreldə Özünütəhlil hesabatı üzrə Qiymətləndirmə Qrupu fəaliyyətə başlayacaq. Qeyd edək ki, keyfiyyətin təminatına dəstək verən Özünütəhlil hesabatı üzrə Qiymətləndirmə Qrupuna yerli və xarici ekspertlər daxil olmaqla, 8 nəfər üzv daxil edilib. Qrup bu müddət ərzində universitetdə bütün struktur vahidləri arasında müsahibələr aparacaq və rəy hazırlayacaq. Seminarda işin təşkilinin etik davranış kodeksinə əsasən tərtib ediləcəyi bildirilib. Qiymətləndirmə Qrupu üzrə layihənin işinin universitet daxilində layihə koordinatoru və əlaqədar şəxs tərəfindən təşkili tövsiyə olunub. Seminarda səmərəli müzakirələr aparılıb, gələcək perspektivlər müəyyən edilib.
Rektor Cəfər Cəfərov seminarda çıxış edərək layihənin həyata keçirilməsinə verdikləri dəstəyə görə Təhsil Nazirliyinin rəhbərliyinə və təhsil ekspertlərinə təşəkkür edib və layihənin ADPU-da tədris prosesinə səmərəli təsir edəcəyini bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info