Gürcüstan Parlamentində ilk dəfə Xocalı soyqırımı ilə bağlı məsələ qaldırılıb(YENİLƏNİB)
Tarix: 22.02.2017 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Ötən gün Gürcüstan Parlamentində Xocalı soyqırımı ilə bağlı məsələ qaldırılıb. Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Savalan Mirzəyev çıxışında Xocalı soyqırımı haqqında məlumat verib. S. Mirzəyev bildirib ki, düz 25 il öncə - 26 fevral 1992-ci ildə  baş verən hadisə haqqında geniş məlumat verib. “Bizlər bu tribunadan uca səslə Xocalı faciəsini yada salmalıyıq və bu faciəyə düzgün qiymət verməliyik ki, bu cür hadisələr nə bizim bölgədə, nə də bütün dünyada təkrarlansın. Təəssüf ki, həm bu faciə, həm də Qafqazda baş verən bir çox müharibələr xaricdən idarə edilib. Xocalı faciəsinin də əsas günahkarları sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən dəstəklənən separatçılar olub. Qafqazda müharibələr bitməlidir, biz mütləq Qafqaz xalqlarının birlik və sülh mühitində yaşamasına nail olmalıyıq”-deyə Savalan Mirzəyev çıxışında vurğulayıb.
 Mediaya açıqlamasında Savalan Mirzəyev qeyd edib ki, Gürcüstan-Azərbaycan əlaqələri hər zaman ali səviyyədə olub və olacaq, bizim əlaqələr əsrlər boyu davam edir. Bizim ölkə Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir. Biz də, Azərbaycanlı deputatlar olaraq istədik ki, mənəvi borcumuzu yerinə yetirib bu məsələni ölkənin ən yüksək tribunalarından sayılan Parlamentdən səsləndirək. Xocalı soyqırımı haqqında məruzə ilk dəfədir ki, Gürcüstan Parlamentindən səsləndirildi. Əvvəlki illərdə biz qarşı tərəfin cəhdlərindən müdafiə olunurduqsa bu dəfə biz Xocalı hadisələrinə ədalətli hüquqi qiymətin verilməsi tələbilə çıxış etdik. Mən də çıxışımda bir çox məqamlara toxunaraq bu məsələnin ciddiyyətindən danışdım Bu faciə əsrin ən dəhşətli hadisəsidir, bu əsl soyqırım aktıdır. Xocalı soyqırımı nəinki Azərbaycan xalqına eyni zamanda bəşəriyyata törədilmiş cinayətdir. Xocalı hadisələrini hər kəs tanıtmalıdır. Vəzifəsindən və statusundan, yaşadığı ölkədən asılı olmayaraq. Biz çalışmalıyıq ki, bu hadisələrə hüquqi qiymət verilsin və bu cür cinayətlər daha dünyanın heç bir yerində təkrarlanmasın. Düşünürəm ki, bu cür hadisələr vaxtında öz qiymətini almadığına görə bu gün Gürcüstanda işğalçılıqdan əziyyət çəkir, bizim də ərazilərimizin 20 % işğal altındadır. Amma inanıram ki, ədalət bigərar olunacaq və hər iki ölkənin ərazi bütövlüyü təmin ediləcəkdir, minlərlə insan öz evlərinə dönəcəklər”.
Təklifin təşəbbüskarlarından olan Gürcüstan parlamentinin azərbaycanlı deputatı Ruslan Hacıyev “Palitra”ya ekskluziv açıqlama verib. O qeyd edib ki, 26 fevral günü bütün dünya Azərbaycanlıları üçün faciəli bir gündür, bu faciə nəinki Azərbaycan xalqına , bu insanlığa qarşı edilmiş cinayətdir və hər birimizin yaramızdır: “Bu gün 22 fevral tarixində Gürcüstan parlamentində ilk dəfə olaraq Savalan Mirzəyevin Xocalı soydırımı ilə bağlı səsləndirdiyi faktlar və təkliflər onu göstərir ki, bu soyqırımın hüquqi qiymətinin verilməsinə və tanıdılması olduqca önəmlidir. Vətənimiz Gürcüstan da, müstəqillik tarixidə çox haqsızlıqlarla qarşılaşdı, Azərbaycanda olduğu kimi, Gürcüstanında ərazisinin 20% işğal altındadır, minlərlə qaçqın və məcburi köçkün öz evlərindən didərgin düşüblər. Bu ədalətsizlik hələdə davam edir. Lakin Gürcüstan-Azərbaycan əlaqələri çox yüksəkdir, bizim dostluq əlaqələrimiz tarix boyu davam edir” O eyni zamanda bu günlərdə qondarma rejimin, keçirmək istədiyi “referendum”a etiraz edən Gürcüstan hökumətinin bu addımına da fikir bildirib. O qeyd edib ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyir: “Başqa cür ola da bilməz, Azərbaycan dövləti də hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Bizim ölkələri çox sıx tellər bağlayır, bu əlaqələrin əsrlər boyu tarixi var. Bizim əlaqələrimizi heç bir qüvvə poza bilməz”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info