BANM-in tələbəsinin layihəsini yapon şirkəti aldı
Tarix: 22.02.2017 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Şamil Ömərovun “Günəş panellərinin iki ox ətrafında avtomatik idarə olunması” layihəsinin təqdimatı keçirilib. Tədbirdə BANM-in rektoru Elmar Qasımov, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) Özbəkistan ofisinin baş nümayəndəsi Katsutoshi Fushimi, Azərbaycan üzrə JICA proqram kordinatoru Nigar İsmaylova, Özbəkistan üzrə JICA proqram kordinatoru Farhod Kurbonov, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) texniki tənzimləmə şöbəsinin müdiri Sənan Abbasov, texniki tənzimləmə şöbəsinin böyük məsləhətçisi Cahid Mikayılov, “Azalternativenerji" MMC-nin mütəxəssisi Emin Nuriyev və ali məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Öncə Şamil Ömərovun layihəsi əsasında yapon şirkətinin köməyi ilə BANM-in yeni kampusunda qurulan günəş panellərinin videoçarxı nümayiş olunub. Sonra Şamil Ömərov layihəsi haqqında tədbir iştirakçılarına məlumat verib.
Giriş sözü ilə tədbiri açan BANM-in rektoru Elmar Qasımov BANM-in tələbəsinin layihəsinin reallaşmasını çox mühüm bir hadisə kimi xarakterizə edib. BANM-in tələbəsinin layihəsinin yaponların marağını qazanmasından məmnun olduğunu deyən rektor Şamil Ömərovun nailiyyətinin digər tələbələr üçün nümunə olacağını vurğulayıb. Sözügedən layihə haqqında məlumat verən rektor Elmar Qasımov Azərbaycanda alternativ enerjinin inkişafı istiqamətində son illərdə atılan addımlardan söz açaraq bildirib ki, ali məktəbdə bu istiqamətdə bir sıra vacib işlər görülüb. BANM-də Bərpaolunan enerji mənbələri üzrə təlim və tədris mərkəzinin yaradıldığını da diqqətə çatdırdı. Azərbaycanın alternativ enerji mənbələrinə, xüsusən də günəş enerjisi potensialına görə olduqca zəngin olduğunu deyən Elmar Qasımov ekoloji və iqtisadi cəhətdən əlverişli olan günəş enerjisinin ölkəmizdə istifadəsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. “Çünki alternativ enerji qeyri-ənənəvi enerji mənbələrinin axtarışı və istifadəsinə əsaslanır. O, bərpa olunan ehtiyatlardan yararlanır, təbiətə ziyan vurmur, iqtisadi cəhətdən əlverişlidir” – deyə E.Qasımov qeyd edib.
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) Özbəkistan ofisinin baş nümayəndəsi Katsutoshi Fushimi qeyd edib ki, daha mükəmməl texnologiyaları tətbiq etməyin vaxtıdır və ənənəvi energetika yerini tədricən alternativ energy növlərinə verməkdədir. “Bu gün dünyanın yararlandığı və ölkəyə gətirilən alternativ enerji texnologiyaları tədricən genişlənməkdədir. Bunlardan ən əhəmiyyətlisi Günəş energisidir” - Katsutoshi Fushimi deyib.
Qeyd edək ki, 2016-cı ildə layihənin ideya müəllifi BANM-in 4-cü kurs tələbəsi Şamil Ömərov ATV telekanalında yayımlanan “İdeya qazandı” verilişində “Günəş panellərinin iki ox ətrafında avtomatik idarə edilməsi” mövzusunda layihə ilə çıxış edib. O, layihədə təqdim edilən qurğunun kiçik modelini nümayiş etdirib və real qurğunun yaradılması üçün maliyyə vəsaitinin ehtiyac olduğunu bildirib. Onun təqdim etdiyi layihəyə əsasən günəş panelləri vəziyyəti elə tənzimlənir ki, onlar avtomatik olaraq günəşə doğru istiqamətlənir və bununla enerji istehsalının 30% artımına nail olmaq mümkün olur. Bu layihə investorlar tərəfindən bəyənilmiş və onun reallaşdırılması üçün 4165 manat dəyərində maliyyə vəsaiti ayrılıb. Daha sonra Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi BANM-in tələbəsinin layihəsini beynəlxalq müsabiqəyə göndərmişdi. Bu layihə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən qrant alıb.
Nigar






 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür
17.08.2019
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info