Yekaterinburqda Xocalı qurbanlarının xatirəsi yad edilib
Tarix: 22.02.2017 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar, Yekaterinburqda bu faciənin qurbanlarının xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib. Mərasim Azərbaycanın Yekaterinburq şəhərindəki Baş konsulluğu tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin Sverdlovsk vilayətindəki “Azərbaycan” ictimai təşkilatı və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Yekaterinburq şəhərindəki nümayəndəliyi ilə birgə təşkil edilib.
Baş konsulluqdan AZƏRTAC-a verilən məlumata görə tədbirdə, Sverdlovsk, Kurqan və Tümen vilayətlərində yaşayan Azərbaycan diasporunun, Yekaterinburq, vilayət və şəhər administrasiyasının, ictimaiyyətin nümayəndələri, mədəniyyət xadimləri, bu şəhərdə akkreditə edilmiş diplomatik korpusun əməkdaşları, o cümlədən Almaniya Federativ Respublikasının Yekaterinburqdakı baş konsulu Ştefan Kayl, Fransanın Yekaterinburqdakı baş konsulu Erik Miye və jurnalistlər iştirak ediblər.
Xocalı qətliamı zamanı həlak olanların xatirəsi bir dəqiqə sükutla yad edilib.
Azərbaycanın Yekaterinburqdakı baş konsulu vəzifələrini icra edən İlqar İsgəndərov mərasimdə çıxış edib. Diplomat tədbir iştirakçılarına Azərbaycan xalqının kədərinə şərik olduqlarına görə minnətdarlığını bildirərək qeyd edib ki, Xocalıda törədilmiş faciə bəşər tarixində ən dəhşətli səhifələrdən biri olub. İ.İsgəndərov vurğulayıb ki, 25 il bundan əvvəl Xocalı şəhərində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl şəxs erməni terrorçuları tərəfindən qətlə yetirilib, müxtəlif yaşlarda olan 1000 nəfərə yaxın dinc sakin yaralanıb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, daha 130 uşaq valideynlərindən birini itirib, 1275 dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.
İ.İsgəndərov 2008-ci ilin may ayında İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə Gənclər Forumunun Baş Əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülmüş böyük işlər barədə də məlumat verib. O qeyd edib ki, bu kampaniyanın gedişində həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində müxtəlif ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar azərbaycanlılara qarşı törədilmiş qətliamı tanıyıblar.
Anım gecəsində Sverdlovsk vilayətinin insan haqları üzrə müvəkkili Tatyana Merzlyakova, ÜAK-ın Sverdlovsk vilayətindəki “Azərbaycan” ictimai təşkilatının sədri Şahin Şıxlinski, Ural Federal Universitetinin Avropa tədqiqatları kafedrasının müdiri, həmin universitet nəzdində Azərbaycanşünaslıq Mərkəzinin və Multikulturalizm Mərkəzinin rəhbəri, professor Aleksandr Nesterov, Sverdlovsk vilayəti yəhudi milli-mədəni muxtariyyətinin prezidenti Mixail Oştrax, Yekaterinburq Şəhər Dumasının deputatları Yevgeni Borovik və İqor Pexotin, RAGB-nin Sverdlovsk vilayətindəki nümayəndəliyinin rəhbəri Vüsal Vəliyev, Saratov vilayəti müsəlmanlarının Ruhani İdarəsinin sədri Artur Mühitdinov, Yekaterinburqda yaşayan Rusiya koreyalılarının milli-mədəni muxtariyyətinin idarə heyəti sədrinin müavini Valeri Txay və başqaları çıxış ediblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info