Natiq Əliyev: “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının çox böyük siyasi mənası var”
Tarix: 22.02.2017 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının çox böyük siyasi mənası var. “Cənub Qaz Dəhlizi” sırf iqtisadi layihə deyil və ona böyük maraq göstərilir. Hər bir ölkə bu layihəyə siyasi məna verir.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində energetika naziri Natiq Əliyev deyib.
Nazir qeyd edib ki, dünyada bu gün siyasət tez-tez dəyişir. Mürəkkəb siyasi proseslər gedir, hökumətlər dəyişir. ABŞ-da yeni Prezidentin hakimiyyətə gəlməsi bütün dünyada ək-səda doğurdu. Hər bir ölkə bunun özü üçün nə kimi təsirləri olacağını hesablayır, analiz edir. Biz isə İtaliyada, yaxud Yunanıstanda hökumət dəyişiklikləri ilə bağlı prosesləri izləyirik. Çünki həmin siyasi hadisələr “Cənub Qaz Dəhlizi” layihəsinin gedişinə böyük təsir göstərə bilər. Təsadüfi deyil ki, bizim ötən il İtaliya və Yunanıstanda keçirdiyimiz hökumətlərarası komissiyaların iclaslarının əksəriyyəti məhz “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində yaranan çətinliklərə həsr olunub.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının çox böyük siyasi məna daşıdığını vurğulayan N.Əliyev deyib: “Bizi sevindirən Məşvərət Şurasında iştirak edən ölkələrin sayının ildən-ilə artmasıdır. Bu, Azərbaycana və layihəyə artan marağın göstəricisidir. Bizim tərəfdaşlarımızın, kömək edənlərin, dostlarımızın sayı gündən-günə çoxalır. Nəinki bu dəhlizə daxil olan ölkələr və ya Balkan ölkələri, həmçinin Polşa, Çexiya, Rumıniya və Macarıstan da “Cənub Qaz Dəhlizi” layihəsinə maraq göstərir. Həmin ölkələr “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının fevralın 23-də Bakıda keçiriləcək növbəti iclasında iştirak edəcəklər. Hesab edirəm ki, bu, çox maraqlı və xüsusi mənası olan bir göstəricidir”.
Nazirin sözlərinə görə, Məşvərət Şurası bir platformadır və Azərbaycan ondan istifadə edir. ABŞ-ın dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanın böyük nümayəndə heyəti ilə Bakıya gəlməsi onu göstərir ki, Ağ evin yeni administrasiyasının Azərbaycana və “Cənub Qaz Dəhlizi” layihəsinə münasibəti dəyişməyib.
“ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta da dəfələrlə vurğulayıb ki, ABŞ layihə ilə bağlı Azərbaycana hər zaman siyasi dəstək verəcək. Çünki “Cənub Qaz Dəhlizi” təkcə Azərbaycan üçün yox, Avropa, ABŞ və ümumi qlobal enerji təhlükəsizliyi baxımından çox böyük əhəmiyyət daşıyır. Eyni zamanda, Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson da “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclasında iştirak etmək üçün Bakıya gəlir. Bu da önəmli faktdır”, - deyə nazir bildirib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info