Estoniya insanların immun çatışmazlığı üzrə Avropada liderdir
Tarix: 12.04.2013 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


“Die Zeit” nəşrinin dərc etdiyi məqaləyə əsasən, Estoniyanın öyünməyə əsası var, çünki Baltikyanı yeganə dövlətdir ki, 2011-ci ildə avronu tətbiq etdi və bütün Avropa Birliyində iqtisadi artımın maksimal göstəricilərinə malikdir. Estoniya xarici şirkətlər üçün son dərəcə cəlbedicidir.
Ancaq nəşrdə qeyd olunur ki, ölkə hazırda daha bir kədərli sahə üzrə liderlik edir: Avropada immun çatışmazlığı üzrə ən yüksək faiz göstəricisi Estoniyada müşahidə edilir. Bu təhlükəli xəstəliyin virusunu təqribən 1,3% sakin daşıyır. Müqayisə üçün qeyd edək ki, Almaniyada bu rəqəm on dəfə daha azdır.
Hal-hazırda xəstəliyin artması müşahidə olunmur, amma yoluxanların sayı hələ də yüksək səviyyədə qalmaqdadır. Xəstəliyin yayılması 2001-ci ildə qeyd edilmişdi: “Əgər 2000-ci ilə qədər ölkədə insanlar arasında ildə immun çatışmazlığı virusuna 1-dən 12-ə qədər yoluxma müşahidə olunurdusa, 2001-ci ildə həkimlər 1475 nəfərdə bu virusu qeyd etdilər”. “AIDS Counseling Center” adlı yerli təşkilat bildirir ki, bu 90% yoluxma deməkdir və əsasən 14-24 yaş arası narkotik asılılığı olan gənclərdə müşahidə olunub. Coğrafi nöqteyi-nəzərdən, qeyd edilir ki, bu, əsasən Rusiya ilə sərhəddə olan İda-Viruma rayonunda qeydə alınıb.
Hələ 2000-ci ilə qədər bu xəstəliyə yoluxmuş İqor Sobolev deyir ki, Estoniyada immun çatışmazlığı virusu demək olar ki, əhalinin dörddə birini təşkil edən rus azlığı probleminin nəticəsidir. Xəstələr qeyd edir ki, İqor sözün əsl mənasında “həyatdan təcrid olunmuş” kimi yaşayır. Estoniya cəmiyyəti onlara narkoman damğasını vurur, eyni zamanda onlar üçün iş tapmaq son dərəcə çətindir.
Ülkər MUSAZADƏ




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info