Lavrov Nalbandyanla görüşüb
Tarix: 23.02.2017 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


“Rusiya Ermənistan və Azərbaycan prezidentlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə imzaladıqları sənədlərə uyğun olaraq Qarabağ münaqişəsinin qarşılıqlı məqbul sayılacaq həll yollarının axtarılmasının tərəfdarıdır”.
Bunu Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, görüş zamanı Qarabağ tematikasına, danışıqlar prosesinin irəliləməsi üçün şəraitin yaradılmasına xüsusi diqqət yetirilib: “Güc tətbiqi ilə bağlı təhdidlər yolverilməzdir və sülh prosesinə zərbə vurur. Əgər doğrudan da Qarabağ münaqişəsi ilə bağlı qarşılıqlı məqbul sayılacaq həll yollarının axtarılmasına dair prinsipial anlaşmaya sadiqliyimizi nümayiş etdiririksə, hazırkı ATƏT-in Minsk formatına alternativ yoxdur. Bununla Azərbaycan və Ermənistan liderləri, beynəlxalq təşkilatların rəhbərləri razılaşıblar. Minsk qrupunun həmsədrləri fəaliyyətsiz deyillər. Münhen təhlükəsizlik konfransı zamanı qəbul edilən son bəyanatda sülh yolu ilə nizamlanmanın alternativsizliyindən, güc tətbiqinin yolverilməzliyindən bəhs olunur”. Lavrov onu da əlavə edib ki, Dağlıq Qarabağ ətrafındakı emosional gərginliyin aradan qaldırılması üçün səylər davam etdiriləcək.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info