Dünya okeanlarına ağalıq uğrunda savaş
Tarix: 23.02.2017 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Pekin Cənubi Çin dənizində yaratdığı süni adalara raket batareyaları da yerləşdirməyə başlayıb

Çin, demək olar ki, Cənubi Çin dənizində yaratdığı süni adalar üzərində 20-dən çox hərbi obyektin tikintisini başa çatdırıb. Amerika rəsmilərinə istinad edən “Reuters” agentliyi Çinin bu adalarda uzunmənzilli raketlər yerləşdirəcəyi barədə məlumat yayıb.
“Böyük ehtimalla çinlilər Cənubi Çin dənizindəki bu süni adaları xüsusi məqsəd üçün yaradıblar. Müşahidələrə görə, son günlər Çin dövləti bu adalara təyyarə əleyhinə raket batareyaları da yerləşdirməyə başlayıb. Bu da onların məqsədindən xəbər verir”-deyə ABŞ kəşfiyyatının nümayəndəsi agentliyə bildirib. Amerika kəşfiyyatının nümayəndəsi qeyd edib ki, adada 20 metr uzunluğunda, 10 metr hün-dürlüyündə obyektlərin inşası barədə məlumatlar var. “Reuters” belə qurğuların regionda ABŞ üçün ciddi təhlükə olmadığını bildirsə də, qeyd edir ki, Pekin bununla ABŞ-ın yeni adminstrasiyasının siyasi reaksiyasını yoxlayır.

Tramp hərbi-dəniz qüvvələrinin balansında olan 272 döyüş gəmisinin sayını 350-yə çıxarmağı hədəfləyir

Bu məsələnin strateji cəhətdən əhəmiyyətli bölgədə hərbi eskalasiyaya gətirib çıxara bilməyəcəyini etiraf edən ABŞ kəşfiyyatının nümayəndəsi hesab edir ki, problemi siyasi yolla həll etmək olar. Xatırladaq ki, ABŞ-ın dövlət katibi Reks Tillerson hələ vəzifəyə təsdiq olunmamışdan əvvəl də Cənubi Çin dənizindəki adalarda fəaliyyət göstərməyin yolverilməzliyi barədə Çinə “açıq şəkildə siqnal” göndərməyin zəruriliyini bildirmişdi. Onun süni adalardakı qanunsuz tikintilərlə bağlı iradına cavabda Pekin bildirmişdi ki, tikinti izləri hüquq və ölkənin suverenliyi çərçivəsində aparılır. Qeyd edək ki, Çinin regionda bəzi ölkələr- Yaponiya, Vyetnam və Filippinlə Cənubi Çin və Şərqi Çin dəniz sərhədləri ilə bağlı fikir ayrılıqları mövcuddur. Çin dövləti belə hesab edir ki, ABŞ-ın dəstəyindən yararlanan Vyetnam və Filippin dövlətləri məqsədli şəkildə bölgədə gərginlik yaratmağa can atırlar. Hələ ötən ilin iyulunda Filippin Haaqa Arbitraj Məhkəməsində Pekinin Cənubi Çin dənizindəki adalara ərazi iddiaları ilə bağlı məsələ qaldırmışdı. Məhkəmənin qərarında qeyd edilirdi ki, Çinin Cənubi Çin dənizindəki ərazi iddialarının heç bir əsası yoxdur. Məhkəmə hesab edir ki, Spratli arxipelaqının mübahisəli ərazisi ada deyil. Lakin Çin məhkəmənin qərarını tanımayıb. Ekspertlər hesab edirlər ki, ABŞ-ın Çinlə bu məsələdəki rəqabətinin arxasında dünya okeanlarının vahid lideri olmaq məqsədi dayanır. “Bizim donanma, demək olar ki, Birinci Dünya müharibəsində olandan da aşağı səviyyədədir”-etirafı ilə çıxış edən Donald Tramp bu mövzunun onu çoxdan bəri narahat etdiyini etiraf edib. Tramp hərbi-dəniz qüvvələrinin balansında olan 272 döyüş gəmisinin sayını 350-yə çıxarmağı hədəfləyir. Son bir neçə həftə ərzində ABŞ Hərbi Dəniz Donanmasının yenilənməsi üçün üç böyük hesabat hazırlanıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi
14.11.2018
Türkmənistan qazı TAPI boru kəməri ilə iki il ərzində Pakistana çatdırılacaq
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info