Avropa İttifaqında Almaniyanın hegemonluğuna qarşı cəbhə yaranır
Tarix: 23.02.2017 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Macarıstan açıqlayıb ki, Avropa Komissiyasının Polşaya sanksiya tətbiq etməklə bağlı təşkil edəcəyi səsvermədə bunun əleyhinə olacaq

Avropa İttifaqı daxilində yeni böhran yaranıb. Polşa Konstitusiya Məhkəməsinin əsasları ilə bağlı yaranan mübahisəli vəziyyət dalana dirənib. Polşa Konstitusiya Məhkəməsi ilə bağlı Avropa İttifaqının təklif etdiyi dəyişikliklər Varşava tərəfindən rədd edilib. Polşa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilir ki, Avropa İttifaqının təklifi siyasi xarakterlidir və məqsəd Polşanı qaralamaqdır.
Avropa İttifaqı bu məsələyə görə Polşaya sanksiya tətbiq edəcəyini açıqlayıb. Amma sanksiya hədəsi belə, Varşavanı mövqeyindən əl çəkdirməyib. Amma bundan sonra yaşananlar Avropa İttifaqı daxilində birlik olmadığını üzə çıxarıb Belə ki, Macarıstan açıqlayıb ki, Avropa Komissiyasının Polşaya sanksiya tətbiq etməklə bağlı təşkil edəcəyi səsvermədə bunun əleyhinə olacaq. Bu isə o deməkdir ki, qərar qəbul edilməyəcək. Çünki qərarın qəbul edilməsi üçün mütləq konsensus lazımdır - 28 üzv ölkə qərarın lehinə səs verməlidir. Bu, Avropa İttifaqı daxilində baş verən ilk belə hal deyil. Bir çox Avropa ölkəsinin rəhbərliyi Brüsselin qərarlarının bəzisini qəbul etməkdən imtina edir. 2016-cı ildə Macarıstanın baş naziri Orban Avropa İttifaqının miqrantlarla bağlı kvotasına ölkəsinin əməl etməsinin nə qədər vacib olması ilə bağlı referendum keçirmişdi. Avropa İttifaqı daxilində fikir ayrılığı yeni məsələ deyil.

Avropa İttifaqı daxilində Berlin mərkəzli rəhbərliyə qarşı Polşa və Macarıstanın simasında daxili müxalifət yaranıb

Hələ 2008-ci il böhranı zamanı ittifaq daxilində ciddi çatlar üzə çıxdı. Kasıb “cənublular”, varlı “şimallılara” qarşı çıxdılar. Böhrandan əziyyət çəkən qitə ölkələri Almaniyanın hegemonluğuna qarşı həmrəylik nümayiş etdirirlər. Miqrant məsələsi isə böhranı daha da dərinləşdirib. Miqrant məsələsinin əsas yükünü üzərlərinə götürən Almaniya və İtaliya tələb edirlər ki, yük digər üzvlər arasında da bərabər əsasda bölünməlidir. Amma digər dövlətlər bununla razılaşmır. “Vahid kvota”nın tətbiqi belə, onları bu qaydaya əməl etməyə məcbur edə bilmir. Həmin ölkələr hesab edir ki, Avropaya indiki halda əsas təhdid Rusiya yox, Afrika ölkələridir. Rusiyaya tətbiq edilən sanksiya məsələsində də vahid mövqe yoxdur. Fransa, İtaliya, Yunanıstan, Kipr və İspaniya hesab edir ki, Brüssel sanksiya siyasətindən imtina edərək Moskva ilə konstruktiv dialoq yolunu tutmalıdır. Bu mövqe Almaniya, Polşa Skandinaviya və Baltikyanı ölkələr tərəfindən ciddi müqavimətlə qarşılanır. Belə siyasi fona Avropa ölkələrində radikal siyasi qüvvələrin güclənməsini də əlavə etsək vəziyyət bir qədər də qəlizləşir. “Milli cəbhə” lideri Mari Le Pen Fransada prezident seçkilərinin əsas favoritlərindən biridir. “Azadlıq partiyası”nın lideri Hert Vilders isə Hollandiyada keçiriləcək parlament seçkilərinin əsas lideridir. Sağ radikal “Podemos”, sadəcə, iki il ərzində xeyli güclənərək İspaniyada ənənəvi ikipartiyalı parlamentə düşüb və ölkənin üçüncü siyasi qüvvəsinə çevrilib. İtaliyada “Beş ulduz” partiyası və separatçı “Şimal Liqası”nın lideri Mateo Salvini, Almaniyada isə “Almaniya üçün alternativ” nüfuz qazanmağa başlayıb. Yunanıstanda “Siriza” lideri Çipras, Polşada Duda, Macarıstanda isə Orban artıq hakimiyyətdədirlər. İngilislərin keçirdiyi “Brexit” Fransa, Hollandiya və İtaliyada vahid ittifaqın əleyhinə olanları xeyli ruhlandırıb. Polşanın Avropa İttifaqına göstərdiyi müqavimət təkcə daxildə müstəqil siyasət həyata keçirmək istəyini ortaya çıxarmadı. Eləcə də bir çox ölkənin Brüsselə qarşı birləşdiyini ortaya qoydu. Yəni həmin dövlətlər Avropa İttifaqı daxilində öz maraqlarını müdafiə etmək üçün bir araya gəlirlər. Duda və Orban oxşar siyasi mövqelərə malikdirlər. İndi onlar nümayişkaranə şəkildə Avropa İttifaqının əleyhinə birlikdə cəbhə aldıqlarını ortaya qoydular. Sanksiyadan qurtulmaq üçün Polşanın yanında yer alan Macarıstan yaxşı bilir ki, özü də eyni situasiyaya düşə bilər. Məsələ ondadır ki, Orbanın siyasəti çoxdandır ki, Brüssel tərəfindən narazılıqla qarşılanır. İndi Polşanı vəziyyətdən xilas edən Budapeşt gələcəkdə özünə qarşı yönələcək sanksiya oyununu pozmaq üçün Polşadan dəstək ada biləcək. Deməli. Avropa İttifaqı daxilində Berlin mərkəzi rəhbərliyə qarşı Polşa və Macarıstanın simasında daxili müxalifət yaranıb. İndiki situasiya Avropa İttifaqı daxilində ən ciddi institusional böhrandır. Brüssel böhrandan çıxış yolunu tapmasa, “vahid Avropa” layihəsinin taleyi sual altına düşəcək.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info