Ərzaq təhlükəsizliyi ilə bağlı ciddi hazırlıq işləri aparılmalıdır
Tarix: 23.02.2017 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Baş nazirin müavini Əli Əhmədovun iştirakı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üçüncü iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, iclası giriş sözü ilə açan Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Milli Əlaqələndirmə Şurasının fəaliyyətə başladığı dövrdən sonra kifayət qədər işlərin görüldüyünü və qarşıda hələ bir çox mühüm vəzifələrin dayandığını bildirib. İclasda BMT ilə Azərbaycan hökuməti arasında sıx işbirliyinin olduğu vurğulanaraq, bu ilin iyul ayında nəzərdə tutulmuş BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ilkin hesabatının hazırlanması prosesi barədə Milli Əlaqələndirmə Şurasının sədr müavini, iqtisadiyyat naziri Şahin Mustafayevin təqdim etdiyi məlumat müzakirə edilib. Qeyd olunub ki, xüsusilə ərzaq təhlükəsizliyi, səhiyyə, sağlam həyat, gender bərabərliyi və digər məqsədlər ətrafında ciddi hazırlıq işləri aparılmalıdır. Həmçinin BMT Baş Məclisinin sədri Peter Tompsonun təşəbbüsü əsasında Təhsil Nazirliyi tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif təhsil pillələri və səviyyəsi üzrə tədris proqramlarına daxil edilməsi məsələsi də nəzərdən keçirilib. BMT-nin fəaliyyət planına uyğun olaraq Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi prosesi üçün müxtəlif qruplarla görüşlərin, simpoziumların, konfransların keçirilməsi barədə təşkilati tədbirlər müzakirə olunub. İclasa yekun vuran Baş nazirin müavini Əli Əhmədov Milli Əlaqələndirmə Şurasının Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri üzrə ilkin hesabatının nəzərdə tutulan vaxtda hazırlanması üçün müvafiq dövlət qurumlarına tapşırıqlar verib. İclasda cari məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
19.09.2020
“Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib
19.09.2020
Bu gündən sentyabrın 21-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək
18.09.2020
“Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olunub
18.09.2020
Azərbaycanda pensiyalarla bağlı bəzi məhdudiyyətlər götürülür

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
2 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
3 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
4 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
5 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info