Niyə dünyada ərzaq çatışmazlığı yaşanır?
Tarix: 23.02.2017 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


UNİSEF:
“Yəmən, Nigeriya, Sudan və Somalidə 1 milyon 400 min uşaq aclığa görə ölüm təhlükəsi ilə üzləşib”

Bu gün dünyada yoxsulluq həddində olan ölkələr, gündəlik ehtiyaclarını ödəmək üçün kifayət qədər gəliri olmayan insanlar var. Yoxsulluğun yaranması müxtəlif səbəblərlə bağlıdır. Bunlar, əsasən, ətraf faktorlar, iqtisadi, siyasi, ictimai səbəblərlə bağlıdır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, dünyada neftin qiyməti üç-dörd dəfə aşağı düşüb, dünyada iqtisadi böhran daha da dərinləşib: “Neftlə zəngin olan ölkələrin böyük əksəriyyəti öz valyuta ehtiyatlarının bir hissəsini xərcləyib. Dünyada bu gün də davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə də öz mənfi təsirini göstərdi. Ancaq hesab edirəm ki, Azərbaycan digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bilib”.

Bir sıra ölkələrdə aclıq ən son həddə çatıb
Hazırda bir sıra dünya ölkələrində iqtisadi böhran getdikcə dərinləşir və aclıq ən son həddə çatıb. BMT Cənubi Sudanda 100 min insanın aclıq səbəbilə ölümün, 1 milyon insanın da ərzaq çatışmazlığının astanasında olduğunu açıqlayıb. Bu, hazırda dünyadakı həlli vacib olan ən mühüm problemdir. BMT Cənubi Sudanın əhalisinin 40 faizini təşkil edən 4,9 milyon insanın qida ehtiyacı içində olduğunu bildirib. BMT Qida və Kənd Təsərrüfatı Təşkilatının Cənubi Sudan üzrə nümayəndəsi Serge Tissot bildirib ki, bir çox ailə həyatda qalmaq üçün bütün imkanlarını sərf edib. Qıtlığın əsas səbəbi kimi qarşıdurmalar göstərilir. Ölkədə 2013-cü ildən bəri döyüş gedir və 3 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Tissot qeyd edir ki, əhalinin çoxu əkinçidir və müharibə əkinçiliyi iflasa uğradıb. Bəslədikləri heyvanlarını, hətta əkinçilik alətlərini belə, itiriblər. Aylarla tapa bildikləri bitkilərlə və tutduqları balıqlarla yaşayıblar. Siyasi liderlər arasındakı uzun müddət davam edən anlaşılmazlıq, fərqli etnik qruplar arasında döyüşlər baş verdiyi halda, daha əvvəl dayanıqlı və məhsuldar olan bölgələrdə belə, məhsul istehsalı qarşıdurmalar səbəbilə böyük həcmdə azalıb. Məhsul istehsalı azaldığı və heyvanları öldüyü üçün, inflyasiya BMT-nin rəqəmlərinə görə bir əvvəlki illə müqayisədə 800 faizə qalxıb və bu da əsas qida qiymətlərinin böyük ölçüdə artmasına gətirib çıxarıb.
Müharibə olmasaydı iqtisadiyyat çökməzdi. Cənubi Sudanda rəsmi olaraq aclıq elan edilməsi, insanların aclıq üzündən ölməyə başladığı mənasını verir. Qıtlıqdan ölüm faizi, qeyri-kafi bəslənmə və aclıq müəyyən bir səviyyəyə çatdığında rəsmi olaraq elan edilə bilir. Hansı vəziyyətlərdə qida çatışmazlığı elan edildiyinə gəldikdə isə bir bölgədəki xalqın ən az 20 faizi həddindən artıq qida çatışmazlığı ilə qarşı-qarşıya olduqda, qeyri-kafi bəslənmə nisbəti 30 faizdən çoxdursa, gündə hər 10 min nəfərdən 2-si həyatını itirir. Digər faktorlar böyük miqyasda qaçqın olma, yoxsulluq, epidemiya və sosial böhran olaraq sıralanır.
Afrikada qida əldə etməkdə çətinlik çəkən insanların sayına gəldikdə isə Nigeriyada 1,8 milyon, Yəmən 14,1 milyon, Cənubi Sudanda 4,9 milyon, Somalidə 2,9 milyon təşkil edir. Dünya Qida Proqramının təcili yardım vəziyyətinin başçısı Denise Brown, “Guardian” qəzetinə bildirib ki, beynəlxalq cəmiyyət siyasi həllər tapılana qədər vəziyyəti idarə etmək üçün müdaxilə etmənin yolunu tapmalıdır. BMT milyonlarla insana balıq tutaraq və ya tərəvəz yetişdirərək dolanışıqlarını təmin etmələri üçün alətlər göndərməyi nəzərdə tutur. Qoyun və keçiləri aşılamaqla daha çox heyvan ölümlərinin qarşısını almağı təmin edəcək bir proqram da mövcuddur.
Yəmən, Nigeriyanın şimal şərqi və Somali də qarşıdurmaların gündəlik həyatı iflasa uğratdığı yerlərdir. Yəməndə çoxtərəfli daxili qarşıdurmalar, regional güclərin müdaxiləsilə nəticələnib və böyük dağılmalar, iqtisadi ziyan və insan itkisinə gətirib çıxarıb.
Nigeriya və Somali “Boko Haram” və “Əl Şəbab” təşkilatlarının silahlı toqquşması ilə qarşı-qarşıya qalıb və bu böyük miqyasda insanların evlərini tərk etməsinə, kənd təsərrüfatı sahələrinin zərər görməsinə və ticarətin çökməsinə səbəb olub. Bəzi yerlərdə, qarşıdurmalar mövcud problemləri artırıb. Yəməndə uzun müddətdir su əldə edilməsi məhdud idi və hökumətin qaynaqları qorumaq və ölkənin özünü təmin etmək üçün lazım olduğu qədər səy göstərməməsi tənqid edilirdi. Yardım qurumu olan Oxfam, qarşıdurmalar başlamadan əvvəl də Yəmənin qidanın 90 faizini idxal etdiyini bildirir.

19 Afrika ölkəsi qida çatışmazlığı ilə qarşı-qarşıya qalıb

Afrika Strateji Araşdırmalar Mərkəzi, 19 Afrika ölkəsinin böhran, qida çatışmazlığı ilə qarşı-qarşıya olduğunu açıqlayıb. Bu ölkələrin 10-nunda daxili qarşıdurma var. 18,5 milyon afrikalı miqrant və ya qaçqın olmuş şəxslərin 82 faizi 8 ölkənin vətəndaşıdır. Keniyada hökumət quraqlıq səbəbi ilə milli fəlakət elan edib və dolanışıq mənbələrini itirənlər üçün təzminat proqramı başladılıb. Keniya Qırmızı Xaç təşkilatı, nağd pul, qida kuponları və yardım paylayır, heyvanları zəifləyən sahiblərə də heyvanları ölmədən əvvəl onları satmalarına köməkçi olub. Bu cür tədbirləri, qarşıdurmaların olduğu ölkələrdə həyata keçirmək daha çətindir. BMT baş katibinin köməkçisi Justin Forsyth BBC-yə açıqlamasında bildirib ki, heç kim 2017-ci ildə aclıqdan ölmək məcburiyyətində qalmamalıdır. Dünyada kifayət qədər qida var.
Beləliklə, bu gün Yəməndə 462 min uşaq yetərsiz qidalanma səbəbindən aclıqla qarşılaşıb. Nigeriyada isə bu rəqəm 450 min uşağı əhatə edir. Cənubi Sudanda 270 mindən artıq uşaq aclıq təhlükəsi altındadır və hazırda 185 min uşaq acdır. Somalidə isə bu rəqəmin 270 minə çatacağı gözlənilir. Nəticədə 4 ölkədə kifayət qədər qidalanmama ilə bağlı 1 milyon 400 min uşaq aclığa görə ölüm təhlükəsi ilə üzləşib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info