«Erməni gənclərinin cəmi 5 faizi ictimai-siyasi proseslərə aktiv cəlb olunub»
Tarix: 12.04.2013 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Erməni gənclərinin cəmi 5 faizi ictimai-siyasi proseslərə fəal cəlb olunublar. Bu haqda «Novosti-Armeniya»ya Ermənistanın Diaspor Nazirliyinin Ümumerməni proqramları idarəsinin müdiri, Gənclər klubları federasiyasının rəhbəri Atom Mxitaryan bildirib. İdarə müdiri ölkədə aparılan son siyahıyaalmanın nəticələrinə əsasən, Ermənistanda təxminən 850 min gəncin yaşadığını açıqlayıb: «Həmin gənclərin sadəcə 40-45 mini müxtəlif ictimai-siyasi, dini təşkilatlara cəlb olunublar. Bu isə Ermənistan gənclərinin cəmi 5 faizinin ictimai-siyasi proseslərdə fəallıq göstərdiyini təsdiqləyir. Deməli, Ermənistanda sadəcə hər 20 gəncdən biri öz gələcəyi haqqında düşünür». Mxitaryan bildirib ki, Ermənistanda gənc deyəndə, 18-30 yaş arası vətəndaşlar nəzərdə tutulur. Onların arasında ictimai-siyasi aktivliyi göstərənlər 20-25 yaş arasında olan gənclərdir. O, qeyd edib ki, Ermənistanda işsiz gənclər ictimai aktivliyə az maraq göstərirlər. Diaspor Nazirliyinin rəsmisi onu da əlavə edib ki, Qərb ölkələri arasında gənclərin ictimai təşkilatlara ən çox cəlb olunduğu ölkə Danimarkadır. Bu ölkə gənclərinin təxminən 80 faizi cəmiyyətdə aktivlik nümayiş etdirirlər.
ANAR




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir
18.01.2019
“Rusiya Latviya ərazisindəki NATO bazasını bir neçə dəqiqəyə məhv edər”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info