“Election Times”: “Azərbaycan İslam ölkələri üçün qürur mənbəyidir”
Tarix: 23.02.2017 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


“Pakistan, demək olar bütün məsələlərdə Azərbaycanla həmrəydir, həm ikitərəfli, həm də beynəlxalq platformada hər iki ölkə bir-birini dəstəkləyir”
Pakistanın “Election Times” qəzeti və portalı Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 25-ci ildönümü münasibətilə xüsusi buraxılış hazırlayıb. Xüsusi buraxılışda “Diplomatik əlaqələrin 25-ci ildönümü. Azərbaycan-Pakistan ikitərəfli münasibətləri: yeni imkanlar və yeni perspektivlər”, “Azərbaycanın strateji yol xəritəsi”, “Azərbaycan: regional iqtisadi lider”, “Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsinin həlli” sərlövhəli məqalələr verilib. Məqalələrdə hər iki ölkənin və xalqın qədim tarixə söykənən möhkəm siyasi, mədəni və iqtisadi əlaqələrə, birgə dəyərlərə malik olduğu qeyd edilib.
Azərbaycan və Pakistan xalqları arasında müştərək mədəni amillərin mövcudluğu, ticari-iqtisadi əlaqələrin inkişafı diqqətə çatdırılıb. Yazılarda bildirilir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanı ilk tanıyan dövlətlərdən olan Pakistan, demək olar bütün məsələlərdə Azərbaycanla həmrəydir, həm ikitərəfli, həm də beynəlxalq platformada hər iki ölkə bir-birini dəstəkləyir. Məqalələrdə Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifin ölkəmizə son səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşlərdə ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, eyni zamanda, müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunduğu bildirilir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə ticarət sahəsində fəaliyyət göstərəcək birgə müəssisələr yaradılması, həmçinin Pakistanın Azərbaycanın iştirakçısı olduğu nəqliyyat layihələrindən faydalanmasının mümkünlüyünü ifadə edən fikirlər də yazılarda öz əksini tapıb. Qeyd edilir ki, Pakistanın Baş naziri son 25 ildə bütün sahələrdə böyük uğur qazanan Azərbaycanın İslam ölkələri üçün qürur mənbəyi və inkişaf edən ölkələr üçün örnək olduğunu bildirib. Görüşlərdə ikitərəfli iqtisadi münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması, eləcə də investisiyaların cəlb olunması, nəqliyyat layihələrinə qoşulmaq, birgə ticarət təşkilatlarının təsis edilməsi və s. məsələlər müzakirə olunub. Xüsusi buraxılışda Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar haqqında ətraflı məlumat verilir. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs olunur, Ermənistanın işğalçılıq siyasəti ifşa edilir. Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğının soyqırımı olduğu oxucuların diqqətinə çatdırılır. Pakistanın hər zaman Azərbaycanın haqlı mövqeyinə dəstək verdiyi vurğulanır.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
05.03.2019
Londonda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
03.03.2019
Men ştatında Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
01.03.2019
Şərqşünaslıq İnstitutu əməkdaşının Xocalı soyqırımına dair məqaləsi Küveyt mediasında
01.03.2019
ABŞ Konqresində Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
01.03.2019
Fransanın Konyak şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info