“Azərbaycan müstəqil siyasət həyata keçirir”
Tarix: 23.02.2017 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


“Niyə beynəlxalq təşkilatlar 1 milyondan çox insanın fundamental hüquqlarının pozulmasından danışmırlar?”

Bakıda "Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar" mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri Xanhüseyn Kazımlı Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində dəymiş ziyanın hesablandığını bildirib.
İşçi Qrupunun üzvü Nüsrət İbrahimov isə deyib ki, qrup tərəfindən aparılan qiymətləndirmə işlərinin nəticələrinə əsasən Ermənistanın ölkəmizə vurduğu zərərin yekun məbləği 819,15 milyard dollar həcmindədir. Başqa sözlə, əhalinin tələfolma, sağlamlığın və normal yaşayış səviyyəsinin itirilməsi hesabına humanitar-mənəvi itkilər 140,4 milyard dollar, əmlakının məhv edilməsi nəticəsində əhaliyə dəymiş maddi zərər 7,4 milyard dollar, dövlətə sosial və iqtisadi sahələrdə dəymiş zərər 126,46 milyard dollar, ətraf mühit və təbii sərvətlər üzrə itkilər 244,42 milyard dollar, tarixi və mədəniyyət abidələrinə dəymiş zərər 177 milyard dollar, işğalla bağlı izafi hərbi xərclər, məhdudiyyətlər və itkilər 124,47 milyard dollardır.

“Azərbaycan kiçik müsəlman dövləti olsa da, böyük işlər görür”
Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çıxışında bildirib ki, Azərbaycan böyük geosiyasi rəqabətin, böyük dövlətlərin maraqlarının toqquşduğu regionda yerləşir. N. Məmmədov qeyd edib ki, Azərbaycan sivilizasiyalararası, mədəniyyətlərarası dialoqa böyük töhfələr verib: “Enerji sahəsində təhlükəsizliyini təmin edən və dünyada enerji təhlükəsizliyinin qorunmasına mühüm töhfə verən Azərbaycan müstəqil siyasət həyata keçirir. Azərbaycan kiçik müsəlman dövləti olsa da, böyük işlər görür. Dünya siyasi səhnəsində belə dövlətə rast gəlmək çox çətindir”.

“Dağlıq Qarabağ münaqişəsi erməni dairələrinin ərazi iddialarının son mərhələsi olub”
N.Məmmədov bildirib ki, 200 il ərzində regionda həyata keçirilən siyasət Azərbaycana qarşı olub: “Tarixi torpaqlarında yaşayan azərbaycanlılar qovulub, o torpaqlarda başqa xalqın nümayəndələri yerləşdirilib, dövlət yaradılıb”. Onun sözlərinə görə, Ermənistanda tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı 1988-ci ildən sonra qovulub, Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində yüz minlərlə insan məcburi köçkün düşüb: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində törədilən əməllər Dağlıq Qarabağda yaşayan ermənilərin rifahı üçün deyildi, bu ərazilərə sahib olmaq niyyətindən qaynaqlanıb. Dağlıq Qarabağ münaqişəsi erməni dairələrinin ərazi iddialarının son mərhələsi olub, onlar hətta Xocalıda soyqırımı törətməkdən belə, çəkinməyiblər. Bu əməllər 20-ci əsrin ruhuna ziddir, ancaq biz bunları yaşamışıq".
Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, münaqişə, ümumən regionun inkişafına da böyük ziyan vurub: "1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, məhrumiyyətlər yaşayıb. Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində mühüm addımlar atıb. Ancaq bu itki və ağrılar beynəlxalq ictimaiyyətə çatdırılmalıdır, beynəlxalq birliyin bunu bilməsi çox vacibdir".
N. Məmmədov qeyd edib ki, işğal olunmuş ərazilərdə çox münbit torpaqlar var və bu torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalında mühüm yer tuta bilərdi: "Bu gün Azərbaycan torpaqlarının 25 faizindən istifadə etmək mümkün deyil. Otlaq ərazilərinin 70 faizi işğal olunmuş torpaqlardadır. 900-dən artıq yaşayış məntəqəsi dağıdılıb, qəbiristanlıqlar belə, qalmayıb. Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində vurulan bu zərəri bütövlükdə qiymətləndirmək mümkün deyil. Niyə beynəlxalq təşkilatlar 1 milyondan çox insanın fundamental hüquqlarının pozulmasından danışmırlar? 2015-ci ildə Azərbaycanı Assosiasiya sazişi imzalamağa dəvət edən Avropa İttifaqı sənəddə Azərbaycanın ərazi bütövlüyünü tanımırdı. Ayrı-ayrı dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin işğalçıya qarşı sanksiya tətbiq etmək barədə heç kim düşünmür. Avropa İttifaqı və böyük dövlətlər, əsasən, öz iqtisadi maraqlarını güdür".

Fəttah Heydərov:
“Azərbaycan ona vurulan bütün maddi-mənəvi zərərlərə baxmayaraq, sülh yolundadır”

Milli Məclisin üzvü, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxışında bildirib ki, işçi qrupun, hələ ki, ilkin hesablamalarına görə, Azərbaycan işğaldan 810 milyard dollar maddi zərər çəkib. F. Heydərov qeyd edib ki, bu, insan əli ilə yaradılan mülklərin dağıdılması nəticəsində dəyən zərərdir: “Bununla yanaşı, Azərbaycan xalqına çox böyük mənəvi zərər dəyib. Lakin ulu öndər Heydər Əliyev ölkəyə başçılıq etdikdən sonra münaqişəni sülh yolu ilə həll etmək niyyətində olduğunu göstərib. Heydər Əliyevin bu siyasəti hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən bu gün davam etdirilir. Münhen toplantısında dünya liderlərinin prezidentimizə müraciət etməsi, fikirlərini öyrənməsi onu sübut etdi ki, biz sülh və əmin-amanlıq yolundayıq. Bütün bu maddi-mənəvi zərərlərin qarşısında biz sülh yolunu tutmuşuq. İstəyirik ki, danışıqlar yolu ilə Dağlıq Qarabağ və ətraf 7 rayon Azərbaycana qaytarılsın. Cocuq Mərcanlının bərpa olunması barədə Prezidentin sərəncamı göstərir ki, biz ərazilərimizi bərpa edəcəyik və insanlarımız ora qaytarılacaqlar. Eyni zamanda, Azərbaycan o torpaqlarda yaşayan bütün millətlərin, o cümlədən erməni xalqının təhlükəsizliyini təmin etməyə hazırdır. Bizim Prezidentin tutduğu yol budur”.
F. Heydərov qeyd edib ki, dünyada indi ağır proseslər gedir: “Hər tərəfdə iqtisadi çətinliklər və müharibələrlə müşayiət olunan proseslər gedir. Bu gün bəşəriyyət düşünməlidir ki, hər zaman böyük qırğınlara erməni faktoru səbəb olub. Bu faktorun qarşısı alınmalıdır. Onlar yenə müharibə əhvali-ruhiyyəsi yaratmaq fikrindədir. Beynəlxalq aləm səylərini birləşdirib, təcavüzkarlara qarşı öz sözünü deməlidir”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info